Ayaq səsimdən gərək biləsən ki, Bəxtiyar gəlir! - Günün şeiri

Ayaq səsimdən gərək biləsən ki, Bəxtiyar gəlir! - Günün şeiri
16 avqust 2025
# 09:57

16 avqust Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür.

Kulis.az bu münasibətlə bu gün 100 illiyi qeyd olunan şairin "Gəlir" şeirini təqdim edir.

GƏLİR

Tarıma çəkilmiş simə bənzə sən,
Titrə, bir yarpağın titrəməsindən.
Bil, dənizdə coşan suyun səsindən
Xəzri gəlir, yoxsa gilavar gəlir.

Bir az sıxnaşanda göydə buludlar,
Yavaşca titrəşir yerdə göy otlar,
Onlar da bilir ki, havada çən var,
Sabah yağış gəlir, sabah qar gəlir.

Hər kəsə müyəssər deyildir ancaq
Ürəkdən keçəni gözdən oxumaq.
Qaranquşdan qabaq, torpaqdan qabaq
Gərək biləsən ki, ilk bahar gəlir.

Qəlbim götürməyir bəri-bəzəyi,
Çətindir yamamaq sınmış ürəyi.
Özün dərk edəsən gərək hər şeyi,
Səni başa salmaq mənə ar gəlir.

Baxışdan söz götür, söz anla sözdən,
Həssas ol, sevgilim, ömrün boyu sən.
Əgər sevirsənsə, ayaq səsimdən
Gərək biləsən ki, Bəxtiyar gəlir!

# 2684 dəfə oxunub

Oxşar xəbərlər

Pulitzer mükafatçısının yeni romanı – Gələcəyin dağılmış Nyu-Yorkunda sağ qalmaq

Pulitzer mükafatçısının yeni romanı – Gələcəyin dağılmış Nyu-Yorkunda sağ qalmaq

18:40 14 oktyabr 2026
Rassel Brendin məhkəmə prosesi başladı: Aktyora qarşı altı qadının şikayəti araşdırılır

Rassel Brendin məhkəmə prosesi başladı: Aktyora qarşı altı qadının şikayəti araşdırılır

17:30 14 oktyabr 2026
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat etdi

Əməkdar jurnalist Ənvər Qafarlı vəfat etdi

16:53 14 oktyabr 2026
Əfsanəvi müğənni 62 ildən sonra ABŞ vətəndaşı oldu

Əfsanəvi müğənni 62 ildən sonra ABŞ vətəndaşı oldu

16:40 14 oktyabr 2026
Həbsxanada qəza:  Qalmaqallı repçi P. Diddy  xəstəxanalıq oldu

Həbsxanada qəza: Qalmaqallı repçi P. Diddy xəstəxanalıq oldu

15:40 14 oktyabr 2026
Ulduzların iştirak etdiyi müzikl yenidən səhnəyə qayıdır

Ulduzların iştirak etdiyi müzikl yenidən səhnəyə qayıdır

15:16 14 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər