Avstraliya Baş naziri Kayli Minoq haqqında dediklərinə görə üzr istədi

Avstraliya Baş naziri Kayli Minoq haqqında dediklərinə görə üzr istədi
7 iyul 2026
# 17:00

Avstraliyanın Baş naziri Entoni Albaniz ötən həftə müsahibəsində məşhur pop ulduz Kayli Minouq haqqında səsləndirdiyi yersiz fikirlərə görə üzr istəyib.

Kulis.az xəbər verir ki, hökumət başçısının qeyri-ciddi reaksiyası və açıqlamaları ölkədə böyük səs-küyə, həmçinin ciddi siyasi qınağa səbəb olub.

Məlumata görə, qalmaqallı hadisə yutubda yayımladığı qeyri-etik komediya skeçləri ilə tanınan və özünü "heç kimin cəsarət etmədiyi sualları verən jurnalist" kimi təqdim edən Nikki Osbornun "Bush Deep" podkastında yaşanıb. Baş nazirin Kanberradakı rəsmi iqamətgahında çəkilən və cəmi 20 dəqiqə davam edən müsahibə zamanı aparıcı ona təxribatçı bir sual ünvanlayıb:

"Kayli Minouq, aktrisa Nikol Kidman, yoxsa əyləncə ustası Ronda Börçmor – onlardan hansı ilə yatardınız, evlənərdiniz və ya görüşərdiniz?"

"Hər üçünü edərdim..."

Ötən ilin noyabrında Kodi Haydonla ailə həyatı quran Baş nazir əvvəlcə "Mən yeni evlənmişəm, cəmi altı aydır" deyərək sualdan yayınmağa çalışıb. Lakin aparıcının təkidi ilə o, "Aydındır ki, Kayli," - deyə cavab verib.

Aparıcının "Yəni Kayli ilə həm evlənər, həm yatar, həm də görüşərdiniz?" dəqiqləşdirməsinə Albaniz gülərək belə reaksiya verib:

"Yuxarıdakıların hamısı. O, sadəcə möhtəşəmdir."

Müsahibədə yaranan digər bir qalmaqallı məqam isə xaricdə aldığı ən pis hədiyyə ilə bağlı verilən sual zamanı qeydə alınıb. Albaniz Yaponiyanın Baş naziri Sanae Takaiçinin ona gətirdiyi iki ədəd yemiş hədiyyəsindən danışıb. Bu zaman aparıcının "O, içəri girəndə Pamela Andersona bənzəyirdi?" zarafatına Baş nazir gülümsəyərək əlləri ilə sinə işarəsi göstərib.

Müsahibə yayımlandıqdan dərhal sonra Baş nazir müxalifət və hökumət rəsmiləri tərəfindən kəskin tənqid atəşinə tutulub.

Artan siyasi təzyiqlərdən sonra bazar ertəsi səhər saatlarında Baş nazir rəsmi bir cümləlik bəyanat yayaraq, "Səsləndirdiyim fikirlərə görə birmənalı şəkildə üzr istəyirəm," - deyə vurğulayıb.

# 520 dəfə oxunub

Oxşar xəbərlər

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
"Hər bir şərin tədricən zəifləməsi taleyin ədalətli qanunudur..." - Alman filosofdan sitatlar

"Hər bir şərin tədricən zəifləməsi taleyin ədalətli qanunudur..." - Alman filosofdan sitatlar

13:50 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər