"Avatar"ın yaradıcısı oğurluqda ittiham olunur

"Avatar"ın yaradıcısı oğurluqda ittiham olunur
6 may 2026
# 10:27

Amerikalı aktrisa K'Orianka Kilçer "Avatar" franşizasının yaradıcısı Ceyms Kemeronu onun xarici görünüşünü oğurlamaqda ittiham edib.

Kulis.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb.

Məlumata görə, Kilçer kimliyinin icazəsiz mənimsənilməsi səbəbindən Ceyms Kemeron və "Disney" şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. Aktrisanın sözlərinə görə, onun yeniyetməlik dövründəki üz cizgiləri franşizanın baş qəhrəmanı Neytiri üçün prototip rolunu oynayıb.

"İlk ilham mənbəyi" və gizli etiraf

İddia ərizəsində qeyd olunduğu kimi hələ 2010-cu ildə xeyriyyə tədbirlərinin birində Kemeron aktrisaya Neytiri obrazı üçün "ilk ilham mənbəyi" olduğunu deyibmiş. Kilçer o zaman bunun onun əsl üzünün kopyalanmasına bir işarə olduğunu anlamadığını bildirib.

Sənətçi həmçinin rejissorun 2024-cü ildə Fransa nəşrinə verdiyi müsahibəyə də istinad edib. Həmin müsahibədə Kemeron aktrisanın adını çəkərək Neytirinin "üzünün aşağı hissəsinin" məhz ona aid olduğunu etiraf edib.

"Kimliyimiz artıq təhlükəsizlikdə deyil..."

Məsələnin qlobal miqyasda ciddiliyini vurğulayan aktrisa qorxularını bu cür ifadə edib:

"Süni intellekt dövründə şəxsiyyətimiz və kimliyimiz artıq təhlükəsizlikdə deyil. Başıma gələnlər fərdi xarakter daşısa da, bu, eyni zamanda çox ciddi bir xəbərdarlıqdır. Əgər biz indi tədbir görməsək, gələcəkdə bu cür mənimsəmə halları sadəcə normaya çevriləcək".

# 605 dəfə oxunub

Oxşar xəbərlər

Bir yöndəmsiz birəyə görə köynəyi dəyişərlər? - Lalə Bağırova

Bir yöndəmsiz birəyə görə köynəyi dəyişərlər? - Lalə Bağırova

17:00 27 avqust 2026
Türkiyədə antik teatr günəş enerjisi ilə işıqlandırılacaq

Türkiyədə antik teatr günəş enerjisi ilə işıqlandırılacaq

16:30 27 avqust 2026
İspaniyada pomidor festivalı keçirildi - Fotolar

İspaniyada pomidor festivalı keçirildi - Fotolar

16:00 27 avqust 2026
SSRİ və Rusiyanın himnini dəfələrlə yazan şair - Sergey Mixalkov kim idi?

SSRİ və Rusiyanın himnini dəfələrlə yazan şair - Sergey Mixalkov kim idi?

15:30 27 avqust 2026
Tramp səmimiyyətsizlikdə günahlandırıldı – Məşhur müğənniyə görə

Tramp səmimiyyətsizlikdə günahlandırıldı – Məşhur müğənniyə görə

14:50 27 avqust 2026
"Böyük ideyalar ehtiras olmadan həyata keçirilmir..." - Hegeldən aforizmlər

"Böyük ideyalar ehtiras olmadan həyata keçirilmir..." - Hegeldən aforizmlər

14:20 27 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər