Ata bir yaşlı qızını niyə qətlə yetirib?

Ata bir yaşlı qızını niyə qətlə yetirib?
1 aprel 2024
# 14:00

Kulis.az Ülvi Bahadırın "Daş, qum və sair" adlı yeni yazısını təqdim edir.

Səhəri yenə dəhşətli xəbərlə açdıq: Sumqayıtda ata bir yaşlı qızının ciblərinə daş doldurub dənizə atıb.

Son illərdə baş verən cinayət hadisələri sanki daha planlıdı. Adamlar əməlli-başlı plan qurub bir-birini öldürürlər.

Ancaq budəfəki hadisə lap dəhşətlidir.

Düzdü, ölkədə normal gün yoxdu. Hər gün onlarla qan donduran xəbər oxuyuruq. O qədər ki, artıq ölüm-itib bizim üçün adiləşib. Bir xəbərdən o birinə keçirik. Çox vaxt heç tükümüz də tərpənmir.

Ancaq bu hadisə tamam başqadı.

Bir ata körpəsinə qarşı necə belə bir addım ata bilər?

Körpəni gəzməyə çıxarmaq adı ilə evdən çıxart, ciblərinə daş doldur....

Yaxınlarının danışığından belə başa düşdüm ki, adamın əqli problemi də olmayıb.

Ümumiyyətlə, fikir vermişəm, son illərdə “psixoloji problem" söhbəti yaman dəbdədi. Kim kimi öldürür, çox rahat bir şəkildə “başında problem var” deyibən söhbətdən çıxır.

Adamlar var, övladının olması üçün hər şeyindən keçər. Yetər ki, evindən körpə səsi ucalsın. Yetər ki, kimsə ona ürkək-ürkək “ata” desin.

Adamlar da var... Belə...

Əvvəllər belə xəbərləri oxumurdum, indi işimə görə oxumaq məcburiyyətindəyəm.

Ölkəyə aşağı-yuxarı bələd idim. Ancaq son bir ildə - hadisələrə yaxınlaşdıqca daha da dəhşətə gəlirəm.

Böyüklərin dediklərindən belə çıxır ki, bu tip hadisələr həmişə olub, ancaq ta bu qədər olmayıb.

Artıq dəyərlər aşınıb. Artıq insan öldürmək hədsiz adiləşib.

Artıq hər şeyə gecikirik.

Əsas da yaşamağa və yaşatmağa.

Qaçırıq, təntiyirik, yoruluruq, dizlərimiz qançır olur. Ancaq xilas eləyə bilmirik. Yaşada bilmiririk.

Birini dəniz alır, birini qanlı əllər, birini də tənə-töhmət, başıaşağı həyat. Hərəni bir cür itiririk.

Yadıma gəlir, uşaq vaxt təbaşirlə dairə cızar, o dairənin içinə fındıqlar qoyar, başqa bir fındıqla da dairənin içindəki fındıqları vurub dairədən çıxarardıq.

Fındıq olmayanda isə daşla oynayardıq.

“Ölüm cavanlaşıb” deyəndə adətən xəstəlikləri nəzərdə tuturlar. Fəqət artıq qatil valideynləri də ora qatacağıq. Ölüm cavanlaşmayıb, ölüm körpələşib.

Kim deyərdi ki, atdığımız daşlar bir gün bizi də dairədən çıxaracaq?

Atdığımız daşlar kimi dənizlərdə boğacaq?..

Evcik düzəltdiyimiz qum dənəcikləri kiminsə son anlarını hesablayacaq?..

Bir gecə bütün yuxulara daş və qum yağacaq...

# 7264 dəfə oxunub

Oxşar xəbərlər

Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropada mükafat qazandı

Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropada mükafat qazandı

16:00 5 oktyabr 2026
Nüfuzlu musiqi festivalının biletləri tükəndi

Nüfuzlu musiqi festivalının biletləri tükəndi

13:30 5 oktyabr 2026
Qara keşişdən Kürmükə: "Sonuncu alban" necə öldü? - ŞƏRH

Qara keşişdən Kürmükə: "Sonuncu alban" necə öldü? - ŞƏRH

13:15 5 oktyabr 2026
Mollanəsrəddinçi “Şeypur”  jurnalı

Mollanəsrəddinçi “Şeypur” jurnalı

13:00 5 oktyabr 2026
İtaliyada anım mərasimləri - Müqəddəs Fransiskin xatirəsinə

İtaliyada anım mərasimləri - Müqəddəs Fransiskin xatirəsinə

12:40 5 oktyabr 2026
"Heç kim məni özümdən yaxşı tanıya bilməz..." - Deni Didro

"Heç kim məni özümdən yaxşı tanıya bilməz..." - Deni Didro

12:15 5 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər