Aqşin Yenisey: "Bu şeirlər Qarabağda ermənilərin qətlə yetirdikləri azərbaycanlıların əlinə keçsə..." - Açıqlama

Aqşin Yenisey, yazıçı

Aqşin Yenisey, yazıçı

22 noyabr 2022
# 14:30

Mənim nə Ermənistanda, nə də dünyanın hansısa başqa bir ölkəsində çap olunmaq deyə şəxsi bir dərdim, azarım yoxdur. Ədəbi ərgənlik komplekslərimi çoxdan aşmışam. Şeirlərimin Ermənistanda tərcümə və çap olunmasından da Günel Mövludun məlum paylaşımından sonra xəbər tutmuşam.

Bu sözləri yazıçı, şair Aqşin Yenisey, şeirlərinin Ermənistanda antalogiyaya salınması xəbərinə münasibət bildirərkən deyib.

Kulis.az həmin açıqlamanı təqdim edir.

“Əlbəttə, sənətin sülhə, insanlığa xidmət etməsi, bəşəri məzmun daşıması ta antik çağdan məlum olan bir düşüncədir. Amma sənətçinin də belə bir öhdəliyi varmı? Axı biz filosof Sokratın, həm də əsgər Sokrat olduğunu bilirik, Nitsşenin könüllü olaraq cəbhəyə yollandığından da xəbərimiz var. Yazıçı kimi üzünü dünya insanına tutan Dostoyevski, millətçi kimi həmin insana arxasını çevirmirdimi?

İki oğlunu vətən uğrunda cəbhəyə yola salan da psixiatr Freyd deyildi, vətəndaş Freyd idi. Mənim şeirlərimi əgər erməni müəlliflər özümə demədən internetdən götürüb çap ediblərsə, bu etik deyil, çünki nə mən ölü müəllifəm, nə də Azərbaycanla Ermənistan arasındakı mədəni əlaqələr o səviyyədədir. İndi mən hardan bilim ki, az qala, yarım əsrdir müharibə vəziyyətində olduğumuz bir xalqın müəllifləri mənim misralarımı İrəvanda kefləri istədikləri kimi dəyişməyiblər və dəyişiblərsə bu şeirlər bir gün Qarabağda ermənilər tərəfindən yaxınları qətlə yetirilən azərbaycanlıların əlinə keçsə onların ittihamlarına kim cavab verəcək?

Yox, əgər bu şeirlər mənə müraciət olunmadan öz maymaqlarımızın əliylə ermənilərə ötürülübsə, bu artıq ermənicə desək, milli “porrnik”likdir. Bir yazı adamı kimi mən də iki xalqın sülhə gəlməsinin, bir-biriləri ilə milli ehtiraslar üzərindən deyil, dünyəvi dəyərlər üzərindən qonşuluq etməsinin tərəfdarıyam. Amma müəllifinin xəbəri olmadan onun şeirlərini tərcümə və çap etməyin, hətta antologiyaya salmağın özü dünyəvi dəyərlərə hörmətsizlikdir. Oğurluq yolu ilə dost olmaq, sülhə gəlmək mümkündürmü? Çox istəyərdim ki, o antologiyanı hazırlayan erməni müəlliflər əvvəlcə bu suala cavab axtarsınlar”.

/Baku.post/

# 6628 dəfə oxunub

Oxşar xəbərlər

Asiyanın ilk Avroviziya qalibi bəlli oldu - 19 yaşlı müğənni tarix yazdı

Asiyanın ilk Avroviziya qalibi bəlli oldu - 19 yaşlı müğənni tarix yazdı

14:38 16 noyabr 2026
8 Noyabr prospektində yaşanan tıxac müsibəti - ADSEA bir kollektorun təmirini nə vaxt bitirməyi planlaşdırır?

8 Noyabr prospektində yaşanan tıxac müsibəti - ADSEA bir kollektorun təmirini nə vaxt bitirməyi planlaşdırır?

14:30 16 noyabr 2026
Məşhur rəssamın gizlədilən tablosu satışa çıxarılır

Məşhur rəssamın gizlədilən tablosu satışa çıxarılır

14:04 16 noyabr 2026
Qəzza haqqındakı layihə "Ən yaxşı sənədli film" seçildi

Qəzza haqqındakı layihə "Ən yaxşı sənədli film" seçildi

13:33 16 noyabr 2026
Türkiyədə serialların müddəti qısaldıla bilər

Türkiyədə serialların müddəti qısaldıla bilər

13:02 16 noyabr 2026
Tanınmış aktrisa xəstəxanaya yerləşdirildi

Tanınmış aktrisa xəstəxanaya yerləşdirildi

12:27 16 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər