Aqil Abbas: "O vaxt 5000 ağdərəli mənə müraciət etmişdi ki..."

Aqil Abbas:  "O vaxt 5000 ağdərəli mənə müraciət etmişdi ki..."
5 dekabr 2023
# 14:20

Milli Məclisin deputatı Aqil Abbas 1992-ci ildə Ağdərə rayonunun ləğvini yanlış hesab edir.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Aqil Abbas deyib ki, döyüşməsə də, Ağdərə 1992-ci ildə azad olunanda Ağdərədə olub.

Deputat bildirib ki, o vaxt Ağdərəni səristəsizlikdən ləğv etdilər: “Mən hələ də bilmirəm ki, niyə belə oldu. O vaxt 5000 ağdərəli mənə müraciət etmişdi ki, biz ağdamlı olmaq istəmirik, biz ağdərəliyik. Düzdür, ağdamlı olmaq şərəfdir, amma hərayə öz yeri şirindir. O vaxt Ağdərə ləğv olunduğu üçün onların pasportuna Ağdam yazılırdı. Ağdərə Qarabağın 2/5-ni təşkil edən böyük rayon idi. Ağdərə rayonunun bərpa olunmasına ən çox sevinənlərdən biri mənəm. Babalarımın üçünün qəbri Ağdərədədir. O vaxt Ağdərənin 11 kəndi ermənilərdən azad olunmuşdu və bu günə qədər bizdəydi. Mən də deyirdim ki, necə olur ki, Xocalı bizdə deyil, amma Xocalı rayonu var, Ağdərənin 11 kəndi bizdədir, amma Ağdərə rayonu yoxdur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan rayonlardan 8 kənd inzibati ərazi vahidi Ağdərəyə verilir, bunlar əvvəldən Ağdərənin kəndləri olub”.

Milli Məclisin sədri Sahibə Qafarova isə bildirib ki, ərazilər azad olunmasaydı, bu gün bu məsələyə baxa bilməzdik: “Bu məsələdə Prezident İlham Əliyevin rolu bir daha vurğulanmalıdır və siz də bunu vurğuladınız”.

# 3145 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

17:04 12 noyabr 2026
"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

16:37 12 noyabr 2026
Lokarno Film Festivalının ekran əsərləri Türkiyədə nümayiş olunacaq

Lokarno Film Festivalının ekran əsərləri Türkiyədə nümayiş olunacaq

16:03 12 noyabr 2026
"Prada" brendindən yeni sərgi - NASA-nın Ay missiyasının skafandrı nümayiş olunur

"Prada" brendindən yeni sərgi - NASA-nın Ay missiyasının skafandrı nümayiş olunur

15:37 12 noyabr 2026
İspaniyalı repçi Ginnesin Rekordlar Kitabına düşdü - Sərbəst üslublu deyişmə üzrə

İspaniyalı repçi Ginnesin Rekordlar Kitabına düşdü - Sərbəst üslublu deyişmə üzrə

14:04 12 noyabr 2026
Yeniyetmələr üçün ədəbiyyat bazarı kiçilir – Romantik romanlar üstünlük qazanır

Yeniyetmələr üçün ədəbiyyat bazarı kiçilir – Romantik romanlar üstünlük qazanır

13:04 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər