Amerikalılar muğamı niyə təhqir edir?

Snop Doq, Qədir Rüstəmov

Snop Doq, Qədir Rüstəmov

21 yanvar 2022
# 11:40

Bizim cəmiyyət sevgiyə, qayğıya o qədər möhtacdır ki, kiçik münasibətlər belə bizdə eyforiya yaradır, xoşbəxt oluruq. Özümüzü dünyanın ən vacib adamı hesab edirik. Kimsə bizdən danışanda elə bilirik, çox böyüyük. Və bizim cəmiyyət bəzən özünü o qədər savadsız bir kütlə kimi aparır ki, görüntüyə aldanır, deyilənləri başa düşməsə belə, vacib bir müstəviyə düşdüyünü zənn edir.

Məşhur reper Snop Doq öz İnstaqram səhifəsinin hekayə bölümündə Qədir Rüstəmovun oxuduğu segahdan bir hissəni paylaşıb. Xarici İnstaqram səhifələrindən biri xanəndənin segahını “Sən dəli olursan, ancaq o getməyə davam edir” başlığı ilə paylaşıblar. Rəy bölümündə isə xarici vətəndaşlar muğamla necə gəldi məzələniblər. “Qışqırır”, “bağırır” kimi ifadələrlə muğam ustadımızı ələ salır və bu ifanın bir musiqi sənəti olmadığını da iddia edirlər.

Azərbaycanın xəbər saytları isə bu hadisəni fəxrlə paylaşıb, oxucularda süni sevinc hissi yaratmağa çalışırlar. Bununla fəxr edirlər. Sadəcə, dünya ulduzunun İnstaqram səhifəsində Qədir Rüstəmovun şəklini görüblər deyə, elə bilirlər bütün dünya bizim muğamata aşiq olub. Özümüzü bu səhər də belə aldadırıq.

Bir neçə gün qabaq cəmiyyətimizin sadəcə kütlə olduğunu qeyd etdiyim bir yazı yazmışdım. Bəlkə də, gündəm müstəvisində bunu aydınlatmaq olmurdu. Lakin bu hadisə sübut edir ki, fərd olaraq bir nəfər də olsun çıxıb, o səhifədə ingilis dilində muğamatın tərəfini saxlasın, onun kult olduğunu dünyaya çatdırsın. Bunu edə bilənlərin isə başı maddi problemlərin cəncəlində itib-batıb. Kimin nəyinə lazımdı, Qədir Rüstəmov necə və nə üçün təhqir olunub? Kim bunu özünə problem edəcək?

Muğam sənətini toylarda bozbaş qoxusunda basdıranlar, bir-iki festival, bir-iki də müsabiqə ilə bu kultu başımızdan eləməyimiz, günümüzdə xoşagəlməz hadisələrə yol açır.

Əslində, məsələnin kökü daha ciddi psixoloji məqamları da ortaya qoyur. Ailə institutu problemləri. Övladlarımızı uşaq yaşlarından milli kultlara dəyər verməyə və onları bu dəyərlərlə fəxr etməyə öyrətməliyik. Ki, bu gün o biabırçı paylaşımın altında bir səviyyəli rəy yazan həmvətənlərimizi görək. Ya da ölkə mediasında bunu eyforiya ilə yox, utanc hissi ilə paylaşan jurnalistlər meydana çıxsın. Üzr istəyirəm ifadəmə görə, bu cür dölbeyin, amöb hüceyrəliləri ölkə mediasında görməyək.

Bu gün Snop Doqun, hansı ki replərində səviyyəsiz, küçə jarqonları bol, etirazı az, bahalı maşınlara, çantalara, daş-qaşa bir-iki misra yazan və dünyanın bu misralara bəh-bəhlə qulaq asdığı reperin muğam ustası ilə bu cür məzələnməyi və bizim kəmsavad cəmiyyətimizin ərsəyə gətirdiyi bu mənzərə hansı yöndən baxsan, sadəcə utancvericidir. Bizim də əlimizdən başqa heç nə gəlmir. Təzə gündəm mövzusuna qədər bu hadisəyə utanaq.

Allah sənə rəhmət eləsin, Qədir Rüstəmov!

# 9472 dəfə oxunub

Oxşar xəbərlər

Zəfər Günü münasibətilə  Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

16:49 31 oktyabr 2026
Raye “Mercury Prize”  qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

Raye “Mercury Prize” qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

15:30 31 oktyabr 2026
MaklmorUN Fələstinə dəstək  konsertində 13 min nəfər iştirak etdi

MaklmorUN Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi

15:00 31 oktyabr 2026
Cey-Z  "Super Bowl"un fasilə şousunda çıxış edəcək

Cey-Z "Super Bowl"un fasilə şousunda çıxış edəcək

14:30 31 oktyabr 2026
Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

14:00 31 oktyabr 2026
Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı –  Ailə daxilində mübahisə yarandı

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı – Ailə daxilində mübahisə yarandı

13:00 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər