Alkoqol aludəçisi olan aktyor vəfat etdi

Alkoqol aludəçisi olan aktyor vəfat etdi
28 mart 2023
# 14:00

Rusiyalı aktyor Mixail Çiqarev 77 yaşında vəfat edib.

Kulis.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Kinematoqrafçılar İttifaqından məlumat verilib.

Onun uzun sürən xəstəlikdən öldüyü bildirilib.

Məlumata görə, aktyor uzun müddətdir alkoqol aludəçisi olub. Bu, onun sevimli qızı Natalyanın ölümündən sonra baş verib. Sənətçi son illərdə alkoqol təsirindən tanınmaz hala düşüb və Moskva yaxınlığındakı uçmuş bir evdə yaşamağa başlayıb.

Qohumları ona kömək etməyə çalışdıqdan sonra aktyor 2008-ci ildə "Ranetki" serialında və bir neçə filmdə rol oynayıb. Amma aktyor bu pis vərdişindən qurtula bilməyib.

Qeyd edək ki, Çiqarev "Vətən uğrunda vuruşdular", "Məhəbbət qulu", "Xüsusi diqqət zonasında", "Sərbəst Dedovun yayı" kimi filmlərdə rol alıb.

Я умереть хочу", - страшное признание актера фильма «Раба любви» Михаила  Чигарева – POPCAKE

# 4088 dəfə oxunub

Oxşar xəbərlər

Taylor Sviftin geyimləri və şəxsi əşyaları nümayiş olunacaq

Taylor Sviftin geyimləri və şəxsi əşyaları nümayiş olunacaq

18:57 20 noyabr 2026
Ayasofiyada qədim tunellər aşkar edildi

Ayasofiyada qədim tunellər aşkar edildi

18:16 20 noyabr 2026
Bruno Marsın ailəsində ağır itki

Bruno Marsın ailəsində ağır itki

17:37 20 noyabr 2026
Kris Prat yeni fantastik filmdə baş rola çəkiləcək

Kris Prat yeni fantastik filmdə baş rola çəkiləcək

17:03 20 noyabr 2026
Nadir Bədəlov:  “Azərbaycan kinosu yox, Bakı kinosu var” – MÜSAHİBƏ

Nadir Bədəlov: “Azərbaycan kinosu yox, Bakı kinosu var” – MÜSAHİBƏ

16:32 20 noyabr 2026
Azərbaycan mahnıları ingiliscə, dünya hitləri azərbaycanca

Azərbaycan mahnıları ingiliscə, dünya hitləri azərbaycanca

16:00 20 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər