Akademik Yusif Məmmədəliyevin abidəsinin açılışı olub

Akademik Yusif Məmmədəliyevin abidəsinin açılışı olub
6 dekabr 2025
# 10:47

Akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi münasibətilə keçirilən "Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar" adlı beynəlxalq konfransın ikinci günü Naxçıvanda təşkil edilib.

Kulis.az xəbər verir ki, Elm və Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, konfrans iştirakçılarından ibarət nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, AMEA-nın prezidenti İsa Həbibbəyli, AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyeva və digər tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Tədbir çərçivəsində Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində akademik Yusif Məmmədəliyev adına Tədris-Tədqiqat Mərkəzinin açılışı olub.
Mərkəzdə “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgiyə baxış olub. Akademik və ensiklopedik nəşrlərin üstünlük təşkil etdiyi sərgidə alimin həyat və elmi fəaliyyətini özündə əks etdirən və məqalələrindən ibarət 4 dildə - Azərbaycan, rus, ingilis və macar dillərində kitablar, jurnallar, eyni zamanda qəzet materialları yer alır.

Mərkəzdə təşkil olunan “Akademik Yusif Məmmədəliyev-120” adlı guşədə görkəmli alimin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, müxtəlif fəaliyyət illərində aldığı patentlər, şəhadətnamələri, rəylər, məktublar nümayiş etdirilib.

Eyni zamanda mərkəzin laboratoriyalarında universitet əməkdaşları tərəfindən aparılmış tədqiqat nəticələrinin yer aldığı yüksək impakt faktorlu nəşrlər və patentlərdən ibarət sərgi, tələbələrin əldə etdiyi uğurlar, sertifikatlar, eləcə də “Akademik Yusif Məmmədəliyev adına təqaüd” diplomu, akademikə həsr olunmuş gənc alimlər arasında “Ən yaxşı məqalə” müsabiqəsinin qaliblərinin diplomları nümayiş olunur.

Tədbir iştirakçıları mərkəzdə fəaliyyət göstərən laboratoriyalarla tanış olub və həyata keçirilən təcrübələri izləyiblər.

Universitetin Konservatoriya binasında davam etdirilən tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, görkəmli kimyaçı alim, dünyaşöhrətli akademik Yusif Məmmədəliyevin miras qoyduğu elmi ənənələr bugünkü tədqiqatçılar üçün də mühüm mayakdır.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov tədbirin yalnız bir alimin xatirəsinə ehtiram deyil, həm də Azərbaycan elminin keçdiyi böyük inkişaf yoluna nəzər salmaq, Yusif Məmmədəliyevin elm tariximizə etdiyi töhfələri yeni nəslə daha dərindən çatdırmaq məqsədi daşıdığını qeyd edib.

Tədbir çərçivəsində universitetin heykəltəraş müəllimi Elxan Zeynalov tərəfindən hazırlanmış barelyef və Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı, İncəsənət fakültəsinin dekanı Cavid İsmayılovun çəkdiyi “Akademik Yusif Məmmədəliyev” portreti akademikin qızı Sevda Məmmədəliyevaya təqdim edilib.

Tədbir bədii hissə ilə davam edib. Naxçıvan Dövlət Universitetinin Simfonik Orkestrinin ifasında “Akademik Yusif Məmmədəliyevin ən çox dinlədiyi və sevdiyi mahnılar” adlı konsert proqramı təqdim edilib.

Əməkdar incəsənət xadimi, professor Sevda Məmmədəliyeva çıxışında dövlətimizin elm adamlarının xidmətlərini hər zaman yüksək qiymətləndirdiyini bildirib, tədbirin təşkilində əməyi olanlara təşəkkür edib.

Yubiley tədbiri çərçivəsində görkəmli alimin doğulub böyüdüyü Ordubad şəhərinə də səfər edilib. Qonaqlar akademik Yusif Məmmədəliyevin Ordubad şəhərindəki abidəsinin bərpadan sonra açılışında iştirak ediblər.

Sonra Yusif Məmmədəliyevin Ordubad şəhərindəki ev-muzeyi ziyarət edilib.

Konfrans bununla da öz işini yekunlaşdırıb.

# 956 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış yazıçı xərçəngdən əziyyət çəkir

Tanınmış yazıçı xərçəngdən əziyyət çəkir

14:26 8 sentyabr 2026
Media və Yayım Şurasının sədri və üzvləri təyin edildi - SƏRƏNCAM

Media və Yayım Şurasının sədri və üzvləri təyin edildi - SƏRƏNCAM

14:15 8 sentyabr 2026
“44” bədii filminin “Döyüşçü qardaşlar” adlı tizeri yayımlandı

“44” bədii filminin “Döyüşçü qardaşlar” adlı tizeri yayımlandı

14:05 8 sentyabr 2026
"Provans Homeri" adlandırılan Nobel mükafatçısı - Frederik Mistral kim idi?

"Provans Homeri" adlandırılan Nobel mükafatçısı - Frederik Mistral kim idi?

13:30 8 sentyabr 2026
Yunan libasındakı türk alpı... - Onlarla oxşarlıq təsadüfi ola bilərmi?

Yunan libasındakı türk alpı... - Onlarla oxşarlıq təsadüfi ola bilərmi?

12:40 8 sentyabr 2026
Xalq artisti Aleksandr Şarovskinin vəziyyəti ağır-stabildir

Xalq artisti Aleksandr Şarovskinin vəziyyəti ağır-stabildir

12:20 8 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər