Akademik Musiqili Teatrdan Zəfər Günümüzə hədiyyə

Akademik Musiqili Teatrdan Zəfər Günümüzə hədiyyə
8 noyabr 2022
# 17:40

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti 8 Noyabr – Zəfər Gününün ikinci ildönümü ilə əlaqədar "Təki Vətən sağ olsun!" adlı qısametrajlı film hazırlayıb.

Kulis.az xəbər verir ki, 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunan filmin ssenari müəllifi və quruluşçu rejissoru Samir Qulamov, ikinci quruluşçu rejissoru, eyni zamanda, operator və montajçısı Murad Həsənovdur.

Filmdəki obrazları Akademik Musiqili Teatrın tanınmış aktyorları, Əməkdar artisti Nadir Xasiyev, onun oğlu Səmədzadə Xasiyev və nəvəsi Əlibəy Xasisoy canlandırıblar.

Vətənpərvərlik mövzusunda hazırlanan silsilə layihələrin davamı olan bu filmdə teatrın aktyorları İbrahim Əlizadə, Hidayət Əliyev, Murad Əliyev də iştirak ediblər.

Həmçinin teatrın baş baletmeysteri, Əməkdar artist Emin Əliyevin rəhbərlik etdiyi balet truppasının üzvləri də kütləvi səhnələrdə çəkiliblər. Onların arasında l Qarabağ müharibəsi iştirakçısı, "Laçının azad olunması uğrunda" medalı ilə təltif olunmuş teatrın balet artisti Murad Ağayev də var.

Filmdə səsləndirilən musiqinin ("Pıçıldaşan ləpələr") tarda ifaçısı Əli Əsgər Məmmədov, səs operatoru Məhəmməd Məmmədovdur.

Qeyd edək ki, ötən iki il ərzində rejissor Samir Qulamovun ssenarisi və quruluşunda Akademik Musiqili Teatrında bu səpgidə müxtəlif filmlər çəkilib və sosial media platformaları vasitəsilə izləyicilərə təqdim olunub.

# 2979 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər