Ağız açmağı vərdişə çevirmək

Xəyalə Quliyeva

Xəyalə Quliyeva

30 dekabr 2021
# 13:30

Kulis.az Xəyalə Quliyevanın "Ətirlərini iki litrlik yağa dəyişən qadının hekayəti" adlı yazısını təqdim edir.

Onsuz, pandemiyadan əvvəl də camaatın bir hissəsinin iqtisadi durumu aşağı idi. Pandemiya isə əməlli-başlı nöyüt rolunu oynayaraq, közərməkdə olan ocağı daha da alovlandırdı...

Feysbukda yardım səhifəsində bir elan yazılmışdı:

“Ətirlərimi iki litrlik yağa və ya uzun düyüyə dəyişirəm”.

Hörmətlə: Elanın sahibi

O cür səhifələr və ya qruplarda adətən maddi kömək istənilir, insanlar öz məişət problemlərini insanlara çatdırırlar ki, onlara hər hansı bir yardım əli uzadılsın.

Amma bu dəfə fərqli bir elan idi, bir xanım öz ətirlərini, yaşamaq üçün vacib bir ərzağa dəyişirdi. O kömək istəyə bilərdi, hələ üstəlik bunun müqabilində heç nə təklif etməyə də bilərdi. Axır-əvvəl kömək edən tapılacaqdı. Amma o bunu etmədi. Bircə cümləsi ilə öz ali əxlaqını nümayiş etdirdi. İstədiyi ərzaqları özünün bahalı ətirləri ilə dəyişilməsini xahiş etdi. Yəni, mən, sənin mənə verəcəyin iki litrlik yağın və ya uzun düyünün müqabilində, sənə öz bahalı, orijinal ətirlərimi vermək istəyirəm. Bax, mən səndən heç nəyi qarşılıqsız götürmürəm, mən əl açan adam deyiləm, istədiyimin də əvəzində ondan qat-qat bahalı nəyisə verirəm...

İnsan xarakterləri çox fərqlidir: kimisi əlində ola-ola, yenə nə vaxt dindirirsən, ağlayır-sızlayırə. Özün də axırı bezib, onun yanından qaçırsan. Kimisi də, əlində-ovcunda bir şey olmasa da həmişə dünyada vüqarla gəzir, heç vaxt, heç kimin qarşısında özünü sındırmır. Söz yox, insan həyatının elə bir çətin anı ola bilər ki, özünü sındırmaq nədir, hətta bir tikə çörəyə görə kiməsə ağız açıb yalvara bilərsən. Bəlkə də, özün üçün etməzsən, amma körpə uşağın yemək gözləyirsə, onun aclıqdan ağlamağı, hansı valideynə necə təsir edəcək, onu Allah bilir...

Amma, bir də var, ağız açmağı vərdişə çevirmək. Bir neçə il bundan əvvəl idi, mənə çox imkansız , 4-5 uşağı olan bir ailənin və böyük qızının bu günlərdə toyu olacağını və hətta bir ədəd duzqabısı da olmadığını, onun üçün cehiz və pul yığmağımı xahiş etdilər. Ömrümdə öz məişət qayğılarıma görə heç kəsə, hətta valideynlərimə də söhbət açmayan, heç kimdən kömək istəməyən mən, başladım bu ailəyə cehiz üçün tanıdıqlarıma yalvarmağa. Bir miqdar cehiz və pul topladım və can yiyəsi-qızın anası ilə görüşdüm. Aramızda keçən dialoqun yalnız məni ən çox yandıran hissəsini qeyd edirəm:

Mən:
- Mebel üçün Xalqlar Dostluğundakı mebel dükanlarına baxa bilərsiniz. Orda münasib qiymətə tapmaq olur.

Anası:

- Xeyr, ordan istəmirəm. Mən bahalı və tanınmış mağazalardan almaq istəyirəm. Bu cehizi bir dəfə verirəm, ortalığa yaxşı çıxmalıyam...

Bu cavab mənim həyatımda dönüş nöqtəsi idi, bir çox tabular gözümdə sındı-dağıldı. Özümdə bir təhər güc toplayıb, sağollaşdım və o pulu, cehizi toplamaq üçün tanışlarıma necə yalvardığımı düşünə-düşünə, oradan uzaqlaşdım...

Bu günsə, bu elanı oxuyanda, öz bahalı ətirlərini iki litrlik yağa və ya uzun düyüyə dəyişmək istəyən xanım, gözümdə çox ucaldı. Bəlkə, deyərsiniz ki, bu xanımın bahalı ətri var, verir, o birinin yoxu idi axı. Söhbət ətirdən getmir, söhbət xarakterin ali olmasından gedir. Ali xarakterli insanlar ağız açmağı vərdişə çevirməyən insanlardır.

# 3350 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər