Ağır xəstəlikdən dünyasını dəyişən kinomuzun Leylası

Ağır xəstəlikdən dünyasını dəyişən kinomuzun Leylası
6 fevral 2024
# 14:00

Bu gün aktrisa Töhfə Əzimovanın doğum günüdür.

Kulis.az-ın məlumatına görə, Töhfə İbrahim qızı Əzimova 6 fevral 1938-ci ildə Bakı şəhərində anadan olub və bütün həyatı boyu cəmi iki filmə çəkilib.

***

O, ilk film təklifini rejissor Lətif Səfərovdan alaraq “Qızmar günəş altında” filmində Nərminə obrazını canlandırıb. Həmin vaxt on doqquz yaşı olan gənc Töhfə ali məktəbdə musiqi təhsili alırmış.

***

Filmin çəkilişləri zamanı Töhfə xanım kino rəssamı Cəbrayıl Əzimovla tanış olur. Əvvəlcə dost olan bu iki gəncin münasibəti sonradan böyük sevgiyə çevrilir və onlar 1958-ci ildə ailə həyatı qurur. Bu evlilikdən onların Elman adlı bir oğlu dünyaya gəlir.

Töhfə xanımın aktrisa kimi iştirak etdiyi ikinci film 1963-cü ildə “Əhməd haradadır?” filmi idi. Leyla obrazını ifa etmək üçün Töhfə Əzimovadan əvvəl onlarla qız sınağa çağırılır və nəhayət biri seçilir. Bu qız bir neçə dəfə sınaq çəkilişlərində də iştirak edir. Sonradan həmin şəxsin erməni qızı olduğunu bilən rejissor Adil İsgəndərov ondan imtina edir. Bu məsələdə rejissor Adil İsgəndərovun köməyinə filmin quruluşçu rəssamı Cəbrayıl Əzimov çatır. O, Adil İsgəndərovun xahişini yerə salmayaraq, həyat yoldaşı Töhfə xanımın “Əhməd haradadır?” filminə çəkilməsinə razılıq verir.

***

Töhfə xanım bu roldan sonra bütün respublikada, MDB məkanında məşhurlaşır. Lakin, aktrisa bu iki filmdən sonra bir daha kamera qarşısına çıxmır. Kino sahəsindən uzaqlaşır.


Əzimovlar ailəsinin xoşbəxtliyi uzun müddət davam etmir. 1969-cu ildə 43 yaşlı Cəbrayıl Əzimov yeganə oğlu Elman və onun dostlarını Şıxov çimərliyinə apararkən avtomobil qəzasına düşüb və həlak olur.

***

Ərinin vaxtsız və faciəvi ölümündən sarsılan Töhfə Əzimova oğlunu tək böyüdərək ömrünün sonunadək Bakıdakı 1 nömrəli Musiqi məktəbində fortepianodan dərs deyir.

Aktrisanın yeganə övladı Elman Əzimov anasını xatırlayarkən deyir:

“Yadımdadır ki, anamla şəhərə çıxmaq mümkün deyildi. Heç kim adını bilmirdi, amma hamı onu “Leyla, Leyla” deyərək çağırırdı. Trolleybusa minirdik - hamı dönüb baxırdı, parkda gəzirdik – hamı barmaqla göstərirdi. Anam rəhmətə getməzdən öncə və sonra heç kim onunla maraqlanmadı. Nə sənət yoldaşları, nə də qeyriləri”.

***

59 yaşı tamam olanda aktrisa özündə narahatlıq hiss etməyə başlayır. Həkim müayinələrindən sonra onun başında şiş aşkar edilir.

***

Beş il evdən çölə çıxmayan Töhfə Əzimova amansız xəstəliyi ilə mübarizə aparsa da, 4 fevral 2003-cü ildə 64 yaşında vəfat edir və Yasamal qəbiristanlığında dəfn edilir.

# 2605 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbiyyatşünas Dmitro Drozdovski: "Səlim Babullaoğlu mədəniyyət diplomatıdır"

Ədəbiyyatşünas Dmitro Drozdovski: "Səlim Babullaoğlu mədəniyyət diplomatıdır"

20:00 19 oktyabr 2026
Türkiyəli müğənni 10 il müddətinə həbs oluna bilər

Türkiyəli müğənni 10 il müddətinə həbs oluna bilər

18:00 19 oktyabr 2026
Söz adlı dünyanın işığında... - Məcid Rəşadətoğlu

Söz adlı dünyanın işığında... - Məcid Rəşadətoğlu

16:30 19 oktyabr 2026
Tanınmış şoumenin Türkiyədəki konsertinin ləğvi tələb olunur - Səbəb

Tanınmış şoumenin Türkiyədəki konsertinin ləğvi tələb olunur - Səbəb

16:00 19 oktyabr 2026
"Frieze" tənqid hədəfində:  müasir incəsənət, yoxsa varlı kolleksiyaçılar üçün bazar?

"Frieze" tənqid hədəfində: müasir incəsənət, yoxsa varlı kolleksiyaçılar üçün bazar?

15:40 19 oktyabr 2026
35 illik roman  yenidən diqqət mərkəzində

35 illik roman yenidən diqqət mərkəzində

14:20 19 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər