Afaq Bəşirqızı Novruz Qartaldan nə istəyirdi?

Afaq Bəşirqızı, Xalq artisti

Afaq Bəşirqızı, Xalq artisti

12 yanvar 2022
# 11:40

Kulis.az Samirə Əşrəfin "Afaq Bəşirqızının yamanladığı Novruz Qartal" adlı yazısını təqdim edir.

Son bir ildə Azərbaycan mədəniyyətində baş verən itkilər böyük təəssüf doğurmaqla yanaşı həm də bildiyimiz, daima şüuraltında gəzdirdiyimiz, çox nadir hallarda özümüzə belə etiraf etdiyimiz bir həqiqəti yenidən bizə xatırlatdı. Həyat fanidir, amansızdır, qəddardı.

Bir zamanlar səhnədə gur-gurlayan insanların ağır xəstəlikdən yumağa çevrilib, buruşmuş mələfələrin arasından heysiz-heysiz boylananması,çox ağır, həm də ibrətamizdir.

Onlar keçmişdə etdikləri yaxşılıqları, pislikləri, intriqaları, oyunları, xeyirxahlıqları ilə birgə xəstə yataqlarında, xəstəliyin ağuşunda çox zəifdirlər. Bir iynə ucu qədər ümid axtarırlar. Amma bu ümid daha yoxdur, bitib.

Qəribədir, hamımız ölümümüz haqqında düşünürük, amma hamımız elə bilirik ki, ölüm anı bizə ən axırda, hamı öləndən sonra gəlib çatacaq. Biz isə bunun özümüzü aldatdığımız xəyaldan, illüziyadan ibarət olduğunu yalnız ölüm anında biləcəyik. O zaman bizim son dəmimiz olacaq.

Dünyadan köçən sənət adamlarından biri oldu Novruz Qartal. Xərçəng onu bir neçə ayın içərisində yeyib bitirdi. Aktyor son müsahibəsində deyir:

– Əvvəlcə yüngülvari narahatlıq hiss elədim, həkimə müayinəyə getdim, dedi, xəstəxanada qalmalısan, sonra əməliyyat olundum.

Ardınca ona olunan pisliklərdən gileylənir, deyir məni çox incitdilər, haqqıma girdilər, qəlbimə toxundular. Amma mən dözdüm, çünki xalq məni sevirdi.

Ona qarşı edilən pisliklərdə nə qədər həqiqət payı olduğunu bilmirəm, amma bir onu bilirəm ki, insanlar onu sevirdi. Bəlkə də, Nəsibə Zeynalovaya, Yaşar Nuriyə, Hacıbaba Bağırova, Arif Quliyevə olan sevgi qədər yox, amma sevgi mütləq vardı.
Novruz Qartal yaxşı aktyor, yaxşı ailə başçısı, səmimi insan idi. Müsahibələrindən, söhbətlərindən bu açıqca hiss olunurdu.

Bütün ömrü bir çox sənət adamlarımız, aktyorlarımız kimi qaçhaqaçda, qastrollarda, tər, ucuz krem, ətir qoxuyan boğanaq havası olan qrim otaqlarında keçmişdi.

Başı sənətə, çox sevdiyi teatra o qədər qarışmışdı ki, özünə bir ev qaralamağı da unutmuşdu. Ömrünün son günlərində xəstəxanadan özünün kirayə qaldığı evə yox, qızının kirayə qaldığı evə aparılması isə kədərlidir. Bunun səbəbini bilmək isə ikiqat ağırdır. Sən demə aktyorun kirayə qaldığı evin sahibi Novruz Qartalın həmin evə gətirilməsini ona görə istəməyib ki, evinə yas düşməsin. Bəli, ev sahibi elə belə də deyib. Mənim evimə yas salmayın. Amma yəqin ki, illər uzunu Novruz Qartalın mavi ekrandan payladığı gülüşdən, sevincdən həmin ev sahibinin elə həmin evinə də pay düşüb.

Hamının bir canı var, onun harada, hansı məqamda, necə çıxacağını heç kim bilmir. Çox istərdim, bilim görüm, həmin evin sahibi Novruz Qartalın ölüm xəbərini eşidəndə, hansı hiss yaşayıb.

Amma həmin adamı tanımırıq, kimliyi haqqında da məlumatımız yoxdur. Bəs tanıdıqlarımız, sevdiklərimiz, niyə Novruz Qartalı sağlığında kiçiltməyə çalışdılar?

Düz tapdınız! Xalq artisti Afaq Bəşirqızını deyirəm. Afaq xanım, ağrı acı görmüş, kasıblıq, xəstəlik yaşamış adamdır. Həyata qarşı hissiyyatı olan, immunitetli aktyordur. Sənətə, sənət adamlarına qarşı həmişə empatiya hissi ilə yanaşıb. Amma xəstəxanada yatan həmkarını yamanlaması, onun haqqında acı danışması bağışlanmazdır. Sonradan özünə bəraət qazandırsa belə. Eyni hadisə Afaq xanımın başına gəlsə və onun öz ranqında olan həmkarı onun haqqında belə sözlər desə, o, hansı hissləri keçirər? Yəqin ki, əsəbiləşər, həmin xəbəri saytlardan yığışdırmağa çalışar.

Novruz Qartalın isə buna belə gücü çatmadı. Xəstə yatağında evsiz, eşiksiz, çəlimsiz canını tapşırdı. Heç kimdən heç nə istəmədi, xahiş etmədi, qürurunu sındırmadı. Bir damcı qalmış canını sakitcə, səssizcə tapşırdı. Şair də belə demişdi axı.

“Ağlayın, aşinasız, səssiz can verənlərə”.

Ağlayın...

# 6518 dəfə oxunub

Oxşar xəbərlər

Övladı ölən gün tiktokda canlı yayım açan ata... - Gülcənnət bizi bağışlayacaqmı?

Övladı ölən gün tiktokda canlı yayım açan ata... - Gülcənnət bizi bağışlayacaqmı?

12:30 5 aprel 2026
Komitə sədri Baş redaktora təbrik məktubu yazdı

Komitə sədri Baş redaktora təbrik məktubu yazdı

18:07 4 aprel 2026
Bakıda 317 minlik dələduzluq: Xalq artistinin kürəkəni tutuldu

Bakıda 317 minlik dələduzluq: Xalq artistinin kürəkəni tutuldu

14:03 4 aprel 2026
Yalçın Adıgözəlov Opera və Balet Teatrında işdən çıxdı

Yalçın Adıgözəlov Opera və Balet Teatrında işdən çıxdı

14:00 4 aprel 2026
Mətbuat Şurası "Kulis"i təbrik etdi

Mətbuat Şurası "Kulis"i təbrik etdi

12:36 4 aprel 2026
Sürrealizmin rəmzi - Andre Jid niyə onun yaradıcılığını oxuyanda utanmışdı?

Sürrealizmin rəmzi - Andre Jid niyə onun yaradıcılığını oxuyanda utanmışdı?

12:19 4 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər