ADU-da Avropa Dilləri Gününə həsr olunan tədbir keçirildi

ADU-da Avropa Dilləri Gününə həsr olunan tədbir keçirildi
28 sentyabr 2022
# 14:30

Sentyabrın 26-da Azərbaycan Dillər Universitetində (ADU) Avropa İttifaqı və Avropa Şurasına üzv dövlətlərin 16 səfirliyi və mədəniyyət institutlarının iştirakı ilə Avropa Dilləri Gününə həsr olunan tədbir keçirilib.

Kulis.az xəbər verir ki, Avropa Dilləri Günü EUNİC Azerbaijan (Avropa İttifaqı Milli Mədəniyyətlər İnstitutları) tərəfindən təşkil olunur. EUNİC Azerbaijan Cluster 2020-ci ilin fevral ayında Avropa və Azərbaycan mədəniyyətlərini bir-birinə daha da yaxınlaşdırmaq məqsədi ilə yaradılıb.

ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla qonaqları salamlayıb, tədbirin əhəmiyyətindən danışıb.

“Avropa Dilləri Gününün qeyd olunması əlamətdar hadisədir. Bu, həm də mədəniyyətlər günü, ünsiyyət günü deməkdir. Tədbir iştirakçılarına, qonaqlara öz təşəkkürümü bildirirəm. Biz bu gün Avropa Dilləri Günü ilə bağlı bu dillərin möhtəşəmliyinin işığına yığışmışıq. Biz qədim İpək yolunun ortasında duran və İpək yolunu Avropaya çıxaran ölkələrdən biri kimi çıxış edirik. Azərbaycan mədəniyyəti, incəsənəti Avropa mədəniyyətinə böyük töhfələr verib. Müxtəlif dillər müxtəlif mədəniyyətlər deməkdir. Başqa sözlə, bu, müasir dillə desək, multikulturalizm deməkdir. Biz fəxr edirik ki, Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələri öz dilləri, öz mədəniyyətləri ilə Avropa gülüstanlığına öz töhfəsini verirlər.”

Müxtəlif ölkələrin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirləri çıxış edib, tədbirin Azərbaycan Dillər Universitetində təşkil olunmasını yüksək qiymətləndiriblər.

Daha sonra səfirlər, eyni zamanda diplomatik korpusun nümayəndələri öz dillərində poeziya nümunələri səsləndiriblər.

# 2541 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbiyyatşünas Dmitro Drozdovski: "Səlim Babullaoğlu mədəniyyət diplomatıdır"

Ədəbiyyatşünas Dmitro Drozdovski: "Səlim Babullaoğlu mədəniyyət diplomatıdır"

20:00 19 oktyabr 2026
Türkiyəli müğənni 10 il müddətinə həbs oluna bilər

Türkiyəli müğənni 10 il müddətinə həbs oluna bilər

18:00 19 oktyabr 2026
Söz adlı dünyanın işığında... - Məcid Rəşadətoğlu

Söz adlı dünyanın işığında... - Məcid Rəşadətoğlu

16:30 19 oktyabr 2026
Tanınmış şoumenin Türkiyədəki konsertinin ləğvi tələb olunur - Səbəb

Tanınmış şoumenin Türkiyədəki konsertinin ləğvi tələb olunur - Səbəb

16:00 19 oktyabr 2026
"Frieze" tənqid hədəfində:  müasir incəsənət, yoxsa varlı kolleksiyaçılar üçün bazar?

"Frieze" tənqid hədəfində: müasir incəsənət, yoxsa varlı kolleksiyaçılar üçün bazar?

15:40 19 oktyabr 2026
35 illik roman  yenidən diqqət mərkəzində

35 illik roman yenidən diqqət mərkəzində

14:20 19 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər