“Adəmin qabırğası” filminin rejissoru vəfat etdi

“Adəmin qabırğası” filminin rejissoru vəfat etdi
8 dekabr 2025
# 12:45

Məşhur rejissor və ssenarist Vyaçeslav Kriştofoviç 79 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə kino tənqidçisi Andrey Plavxov Telegram kanalında paylaşaraq bunu kino aləmi üçün daha bir ağır itki adlandırıb.

O, Kriştofoviçin sovet kinosu dövründə Kiyevdə yaşayarkən rus dilində çəkdiyi filmlərdə Aleksandr Abdullov, Oleg Yankovski, Anatoli Zbruyev, İrina Kupçenko kimi tanınmış aktyorlarla işlədiyini xatırladıb.

Rejissor “Adəmin qabırğası”, “İki qusar”, “Xırda şeylər”, “Mərhumun dostu” kimi ekran işləri ilə incə müəllif üslubu və insan hekayələrinə diqqəti sayəsində kino tarixində silinməz iz qoyub.

Qeyd edək ki, ümumilikdə təxminən otuz film ərsəyə gətirən Kriştofoviçin itkisi həm sənət dostları, həm də kino ictimaiyyəti tərəfindən böyük kədərlə qarşılanıb.

# 1355 dəfə oxunub

Oxşar xəbərlər

Müharibənin vurduğu mənəvi yaranın dondurulmuş anı - Pikassonun "Ağlayan qadın"ı kim idi?

Müharibənin vurduğu mənəvi yaranın dondurulmuş anı - Pikassonun "Ağlayan qadın"ı kim idi?

12:00 25 oktyabr 2026
Türkiyəli müğənni xəstəxanaya yerləşdirildi - Səbəb

Türkiyəli müğənni xəstəxanaya yerləşdirildi - Səbəb

17:00 24 oktyabr 2026
"Call of Duty" oyununun  filmi yayımlanacaq

"Call of Duty" oyununun filmi yayımlanacaq

16:00 24 oktyabr 2026
Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin anım günü keçirildi

Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin anım günü keçirildi

14:37 24 oktyabr 2026
Zendaya "Oskar"a namizəd göstəriləcək - "Ən yaxşı aktrisa" kateqoriyasında

Zendaya "Oskar"a namizəd göstəriləcək - "Ən yaxşı aktrisa" kateqoriyasında

14:00 24 oktyabr 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

11:00 24 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər