Adəmin atası niyə həbs olundu?

Adəmin atası niyə həbs olundu?
16 aprel 2024
# 17:00

Kulis.az El Romanın "Adəm ibn Sadiq" yazısını təqdim edir.

Sadiqin atasını tanıyırsınız?

Ümumiyyətlə, Sadiqi tanıyırsınız?

Sadiq Adəmin atasıdı.

Daha uyğun dillə desək, Adəmin atası Sadiqdi.

Bir tərəfdə adları "kimin oğlusan?" sualına cavab kimi verilən atalar, bir tərəfdə də Adəmin atası.

Bu üçüncü növ təyini söz birləşməsinin əsas tərəfi Adəm, asılı tərəfi atasıdı.

O ailənin əsas tərəfi Adəm, asılı tərəfi atasıdı.

Tiktoker "Adəmin atası"nı həbs ediblər. Düz 30 sutka cəza verilib.

"Hammurapi qanunları" var, həmin qanunların birində deyilir ki, kimsə qələt eləsə, o da, onun atası da, övladı da cəzalandırılır.

Sadiq də oğlu Adəmə görə cəzalandırılıb.

Guya Sadiq həbsdən qayıdandan sonra öz işini görməyə davam etməyəcək ki?

Edəcək. Həm də daha həvəslə, daha şövqlə.

Deyəndə ki, indiki uşaqların təfəkkürləri ən yaxşı halda məhduddu, bizi qınayırlar. "Hər şeyə danışırsınız, demaqoqluq edirsiniz" deyirlər, bizə bu damğanı vururlar.

Uşaq vaxtı "Adəm" adını eşidəndə bizim ağlımıza kim gəlirdisə, bu məlumdu.

Bəs "Adəm" adını eşidəndə indiki uşaqların ağlına kim gəlir? Bu da məlumdumu?

"Adəmin atası"na "Tiktok"da səhərdən axşama qədər hədiyyə göndərən camaat indi papağını göyə atır ki, nə yaxşı olub, həbs edilib.

Dünənə qədər şablon ruhlarını primitivliklə doyuzduran camaat birdən-birə nə baş verdisə, ruhlarının bir qarnını ac belə qalmağa razılaşaraq ziyalı mövqelərini çıxarıb stolun üstünə çırpdı.

Sadiqə qarşı o qədər aqressiya var ki, elə bil, xüsusi əməliyyat nəticəsində hansısa erməni əsir götürülüb və həbs edilib.

Düzdü, təşbehdə xəta olmaz, amma bunu mən də demirəm, xalq deyir.

Sevgi qınağın ələkdən keçirilmiş halıdı.

Rəylərdə "Erməni beləsindən yaxşıdı" cümləsini oxuyandan sonra bu qənaətə gəldim ki, biz nəinki insanları sevməyin, hətta qınamağın da qaydasını bilmirik.

İnsanlardakı bu aqressiya, əslində, başa düşüləndi.

Səhərdən axşama qədər palçıq qatan, gec saatda yorğun-arğın evə qayıdan fəhlə avtobusun arxa oturacağında oturan kimi hansısa "havayı pul qazanan" insanın həbs olunduğu xəbərini oxuyanda, əlbəttə, sevinəcək.

Əlbəttə, camaat sevinir, sevinəcək.

Dünən Adəmin videolarına ən azından, baxıb gülən insanlar bu gün ona qarşı əks cəbhədə dayanıblar və halına gülürlər.

Başqasının halına gülmək ağır xəstəliyimizdi.

"Başqası" elə özümüzük. Bizim yaratdığımız, bizim məşhur elədiyimiz, təkidlə ən təpəyə qaldırdığımız insan bizə nə dərəcə yad ola bilər ki? O elə bizim özümüzdü.

Bu cür insanlar ən böyük həzzin çox insan tərəfindən tanınmaq və izlənmək olduğunu düşündükləri üçün "Tiktok"a cənnət kimi baxırlar.

Amma bu dəfə almanı Adəm dişlədi.

# 10437 dəfə oxunub

Oxşar xəbərlər

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

18:00 30 oktyabr 2026
XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

17:30 30 oktyabr 2026
Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

16:30 30 oktyabr 2026
Devid Bouinin  yayımlanmayan konsert filmi nümayiş olunacaq

Devid Bouinin yayımlanmayan konsert filmi nümayiş olunacaq

15:30 30 oktyabr 2026
“Deutsche Börse Photography Foundation Prize 2027”  mükafatının qısa siyahısı açıqlandı

“Deutsche Börse Photography Foundation Prize 2027” mükafatının qısa siyahısı açıqlandı

15:00 30 oktyabr 2026
Rusiyalı gənc rəssam vəfat etdi

Rusiyalı gənc rəssam vəfat etdi

14:45 30 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər