Zamin Hacı Füzulinin azad edilməsindən danışdı: “Sürpriz oldu”

Zamin Hacı Füzulinin azad edilməsindən danışdı: “Sürpriz oldu”
19 oktyabr 2020
# 14:10

“Qarabağ problemini gələcək nəsillərə buraxmağa haqqımız yoxdur”.

Bu sözləri tanınmış jurnalist-yazar Zamin Hacı Füzuli şəhərinin azad olunması ilə bağlı fikir bildirərkən deyib. O daha sonra bunları bildirib:

“Təbii ki, bu xəbəri çoxdan gözləyirdik, amma bir az da gözlənilməz, sürpriz oldu. Bir yandan da təəssüf hissi keçirdirəm ki, yüzlərlə, minlərlə insan bu günü görmədi. Həm Füzuli rayonu sakinləri, həm də Azərbaycanın müxtəlif bölgələrindən sakinləri. 27 ildir bu işğalın bitməsini gözləyirdilər və torpaqların azad olunmasını görmədən dünyadan köçdülər. Eyni zamanda əsgərlərimizin əməyi, uğurunda vuruşduğu dəyər artıq bizim əlimizdədir. Qarışıq hisslərdir”.

Zamin Hacı kəndlərinin azad olacağından da danışıb:

“Bizim kənd hələ alınmayıb. Əcaib vəziyyətdir. Birbaşa cəbhə xətti bizim kənddən keçir. Ordumuz gözlənilməz əməliyyatlar həyata keçirir, Cəbrayıl, Füzuli alınıb, amma bizim kəndin alınması ilə bağlı xəbər yoxdur. Azərbaycanın istənilən nöqtəsi bizim üçün əzizdir. İstənilən nöqtəsində yaşaya bilərik. Heç bir problem yoxdur.

2020-ci il haqda deyirdilər ki, inanılmaz hadisələrin baş verdiyi ildir. Doğurdan da elədir. Qarabağın tamamilə işğaldan azad ediləcəyinə inanıram. Azərbaycan xalqı 27 ildir dözərək, səbrini basmışdı. Artıq dünyaya da göstərir ki, bundan o yana səbr eləmək fikri yoxdur. Yəqin, bu il bu məsələni həll eləməli olacağıq. Bu problemi gələcək nəsillərə buraxmağa haqqımız yoxdur”.

# 3774 dəfə oxunub

Oxşar xəbərlər

Şəhriyardan Xameneiyə ustad dərsi: "Gördün işin əyildi, durma, əkil..."

Şəhriyardan Xameneiyə ustad dərsi: "Gördün işin əyildi, durma, əkil..."

18:30 16 yanvar 2026
"Coratdakı tarixi hamamlar reyestrə daxil deyil" - Açıqlama

"Coratdakı tarixi hamamlar reyestrə daxil deyil" - Açıqlama

16:35 16 yanvar 2026
Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılacaq

Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılacaq

15:43 16 yanvar 2026
"Qanun"da növbəti “Kitab söhbəti”: “Uşaqlar üçün qeyri-səlis məntiq”

"Qanun"da növbəti “Kitab söhbəti”: “Uşaqlar üçün qeyri-səlis məntiq”

15:40 16 yanvar 2026
“20 Yanvar – milli yaddaşımızın iradə gücü”  adlı anım tədbiri keçirildi

“20 Yanvar – milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirildi

14:54 16 yanvar 2026
Elza İbrahimovanın mahnılarından ibarət konsert təşkil olunacaq

Elza İbrahimovanın mahnılarından ibarət konsert təşkil olunacaq

13:40 16 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər