Vyana Konservatoriyasının ilk azərbaycanlı tələbəsindən daha bir uğur

Vyana Konservatoriyasının ilk azərbaycanlı tələbəsindən daha bir uğur
29 dekabr 2019
# 19:40

Bu günlərdə Avstriyanın Vyana şəhərində F.Şubert adına Konservatoriyanın tələbələrinin 2020-ci ilin gəlişi münasibətilə geniş konserti keçirilib.

Konsertdə Çin, Koreya Respublikası , Almaniya, Fransa, Serbiya, Türkiyə, Avstriya və digər ölkələrin tələbələri ilə yanaşı, Azərbaycandan olan I kurs tələbəsi, respublika və beynəlxalq müsabiqələr laureatı Ayan Məmmədli də çıxış edib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Tofiq Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin fortepiano ixtisası üzrə məzunu, Avstriyanın Frans Şubert adına Vyana Konservatoriyasında təhsil alan ilk azərbaycanlı tələbə, respublika və beynəlxalq müsabiqələr laureatı Ayan Məmmədli Vyana Konservatoriyasına yüksək balla qəbul olub və onun təhsili bütünlüklə dövlət tərəfindən qarşılanır.

Vyanada konsert salonlarından birində keçirilən konsertdə əsasən böyük klassik Avstriya bəstəkarları olan Şubert, Brams, Bax, Motsart, Haydın və Bethovenin əsərləri simli, nəfəsli alətlərdə, kvartet və xor qrupunun ifasında səsləndirilib.

Konsertdə Ayan Məmmədlinin fortepianoda yeganə solo ifası hamı tərəfindən böyük rəğbətlə qarşılanıb. Təsadüfi deyil ki, konsertin sonunda F.Şubert adına Konservatoriyanın rektoru Daniela Eqq, professor Lefteris Qriqoriadis və digərləri Ayan Məmmədlinin ifasına böyük dəyər verərək bildiriblər ki, I kurs tələbəsi olmasına baxmayaraq Ayan son dərəcə professional bir ifa təqdim edib. “Bu da onun mükəmməl baza biliyinə malik olmasının bariz göstəricisidir”, - deyə Daniela Eqq vurğulayıb./azertag.az/

# 3210 dəfə oxunub

Oxşar xəbərlər

Hər qoyuna öz dərisində dolaşmaq üçün şərait yaratmaq lazımdır... - Dünya tarixində ilk imtinaçı kim idi?

Hər qoyuna öz dərisində dolaşmaq üçün şərait yaratmaq lazımdır... - Dünya tarixində ilk imtinaçı kim idi?

11:30 6 may 2026
“Ulduzlu görüşlər” çərçivəsində növbəti görüş - Vəsimə İsmayılqızı

“Ulduzlu görüşlər” çərçivəsində növbəti görüş - Vəsimə İsmayılqızı

11:27 6 may 2026
Namaz qılarkən güllələnən axund - Bakıdakı ilk qız məktəbinin qanlı tarixçəsi

Namaz qılarkən güllələnən axund - Bakıdakı ilk qız məktəbinin qanlı tarixçəsi

10:47 6 may 2026
Skelet təsvirli, kiber-zireh görünüşlü, kino lentindən hazırlanmış libasların ehtişamı... - Modanın "Oskar"ı sayılan "Met Qala 2026" nələrlə yadda qaldı?

Skelet təsvirli, kiber-zireh görünüşlü, kino lentindən hazırlanmış libasların ehtişamı... - Modanın "Oskar"ı sayılan "Met Qala 2026" nələrlə yadda qaldı?

10:45 6 may 2026
"Avatar"ın yaradıcısı oğurluqda ittiham olunur

"Avatar"ın yaradıcısı oğurluqda ittiham olunur

10:27 6 may 2026
"Öz balaca həyatlarından xatircəmdirlər..." - Belçikalı Nobel mükafatçısının pyesi

"Öz balaca həyatlarından xatircəmdirlər..." - Belçikalı Nobel mükafatçısının pyesi

10:00 6 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər