Ürək parçalayan şəhid məzarları – Günahkar kimdi?

Ürək parçalayan şəhid məzarları – Günahkar kimdi?
28 yanvar 2021
# 11:50

Neçə gündür ki, Qaradağ rayonunda yaşayan şəhid valideynləri övladlarının uyğun olmayan yerdə dəfn olunması ilə bağlı etiraz edir.

Bu cür mənzərə insanı çox məyus edir. Problemin elə də böyük olmadığını, çox rahat həll edilə biləcəyini görmək isə insanı lap hövsələdən çıxarır.

Əvvəla, biz dərk etməliyik ki, şəhidlər bu ölkənin şəxsiyyət vəsiqəsi, pasportudur. Onların məzarları, baş daşları bu torpaqların bizim olduğuna dair ən böyük sənəddir, sübutdur.

İslam dini üçün Məkkə, Kəbə nə qədər müqqədəsdirsə, Vətəni sevənlər üçün də şəhid məzarları bir o qədər müqəddəsdir.

Bəs niyə bəzi məmurlar xalqın müqəddəs bildiyi dəyərlərə qarşı hörmətsizlik etməyi özünə rəva bilir?

Axı bu problem elə də çətin, həlli müşkül məsələ deyil.

Problem bilirsiniz nədədir? Məmurların, yüksək vəzifədə olanların bir çoxu insanların problemini həll etməyə çalışmır.

Heç bu barədə düşünmürlər də.

Onlar üçün vəzifənin tamam başqa anlamı var.

Halbuki ölkə başçısı dəfələrlə onlara xəbərdarlıq edib: vətəndaşlara xidmət etmək sizin borcunuzdur!

Millət vəkilləri deyir, ölkə çiçəklənir, hər şey əladır.

İcra başçıları deyir, ölkə çiçəklənir, hər şey əladır.

Yerdə qalanlar da onların dediyini təkrar edir.

Heç kim problemlərdən danışmaq, onları həll etmək istəmir.

O vəzifələr sizə yalandan “ölkə çiçəklənir” deyəsiniz deyə verilmir, o pullar sizə öz yastığınız altına yığasınız deyə ayrılmır.

Əgər bu gün yüksək vəzifəli məmurlar öz məqamından sui-istifadə etdiyi üçün həbs olunursa, hələ də dövlətin ayırdığı yüksək məbləğli pullar müxtəlif yollarla mənimsənilirsə, deməli yolunda getməyən nələrsə var.

Biz də ölkəmizi, dövlətimizi sevirik, amma yalan danışmaq fikrimiz yoxdur.

Biz ölkəmizin daha da inkişaf etməsini, güclənməsini istəyirik.

Axı niyə problemləri deməkdən çəkinməliyik?

Cənab Prezident dəfələrlə yeni vəzifələrə təyinat zamanı məmurlara tapşırıb ki, xalqın rifahı üçün çalışın, nə problemləri varsa həll edin.

Demək, problemlərin mövcudluğu heç kimə sirr deyil.

Dünən Millət vəkili Aqil Abbas bu məsələ ilə bağlı yazısında çox gözəl bir ritorik sual vermişdi:

“Şəhidlər 20 min kv. km. ərazini işğalçılardan azad edib, indi onlara 2 metr normal qəbir yeri tapmaq olmur?"

Vəzifəsini layiqincə yerinə yetirməyən hər bir məmur işdən kənarlaşdırılmalıdır.

Zibili palazın altına süpürüb nə özünüzü, nə də bizi aldadın.

Dünya bizə baxır.

Ayıbdır!

# 5451 dəfə oxunub

Oxşar xəbərlər

Zəfər Günü münasibətilə  Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

16:49 31 oktyabr 2026
Raye “Mercury Prize”  qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

Raye “Mercury Prize” qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

15:30 31 oktyabr 2026
MaklmorUN Fələstinə dəstək  konsertində 13 min nəfər iştirak etdi

MaklmorUN Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi

15:00 31 oktyabr 2026
Cey-Z  "Super Bowl"un fasilə şousunda çıxış edəcək

Cey-Z "Super Bowl"un fasilə şousunda çıxış edəcək

14:30 31 oktyabr 2026
Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

14:00 31 oktyabr 2026
Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı –  Ailə daxilində mübahisə yarandı

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı – Ailə daxilində mübahisə yarandı

13:00 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər