Tanınmış jurnalist “Nəsimi barelyefi”ni muzeyə bağışladı

 Tanınmış jurnalist “Nəsimi barelyefi”ni muzeyə bağışladı
12 dekabr 2019
# 15:30

AMEA-nın N.Gəncəvi adına milli Azərbaycan Ədəbiyyatı Muzeyində Nəsiminin 650 illik yubileyi münasibətilə təşkil edilmiş ekspoziya daha bir qiymətli eksponat hesabına zənginləşib.

Kulis.az xəbər verir ki, bu barədə muzeyin direktoru, akademik Rafael Hüseynov bildirib. O, əlavə edib ki, həmin qiymətli sənət əsərini tanınmış jurnalist Qulu Məhərrəmli vaxtilə Hələbə aparmaq üçün hazırlatdırıb.

Professor Qulu Məhərrəmli hələ 1990-cı ildə Hələbdə Nəsiminin məzarını ziyarət edərkən şairin dəfn edildiyi ərazidə onun kimliyi haqqında heç bir məlumat lövhəsinə rast gəlmədiyi üçün bu məsələni Suriya və Azərbaycanın dövlət orqanları qarşısında qaldırıb.

Müraciətlərin konkret nəticə vermədiyini görən telejurnalist, Nəsimi barelyefini öz hesabına hazırlatdırmağa qərar verib və bu nəcib işi heykəltəraş Xalq rəssamı Natiq Əliyevlə birlikdə tədricən reallaşdırıblar. Lakin bir çox səbəblərdən həmin barelyefi Hələbə aparmaq mümkün olmayıb. Buna görə də qiymətli sənət əsərini Ədəbiyyat muzeyinə bağışlamaq məqsədəuyğun sayılıb.

Akademik R.Hüseynov jurnalist Qulu Məhərrəmlinin bu addımını ləyaqətli vətəndaş davranışı kimi qiymətləndirib.

# 3961 dəfə oxunub

Oxşar xəbərlər

Fransada Azərbaycan musiqisi və xalça sənəti nümayiş etdirildi

Fransada Azərbaycan musiqisi və xalça sənəti nümayiş etdirildi

14:00 14 sentyabr 2026
Tramp Vaşinqtonun heykəlinin ucaldılmasını tələb etdi

Tramp Vaşinqtonun heykəlinin ucaldılmasını tələb etdi

12:20 14 sentyabr 2026
Mirzə İbrahimovun nikahdankənar qızı - Uzun illər taleyi gizli qalan Zamira İbrahimova kimdir?

Mirzə İbrahimovun nikahdankənar qızı - Uzun illər taleyi gizli qalan Zamira İbrahimova kimdir?

12:00 14 sentyabr 2026
Azərbaycan ədəbiyyatına aid əlyazmalar aşkarlandı

Azərbaycan ədəbiyyatına aid əlyazmalar aşkarlandı

11:40 14 sentyabr 2026
Ağır xəstəliklə mübarizə aparan Selin Dion səhnədə göz yaşlarına boğuldu

Ağır xəstəliklə mübarizə aparan Selin Dion səhnədə göz yaşlarına boğuldu

10:40 14 sentyabr 2026
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxıldı

Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxıldı

10:24 14 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər