Səyavuş Aslanın küçədə qalan oğlu ilə bağlı rəsmi açıqlama - Foto

Səyavuş Aslanın küçədə qalan oğlu ilə bağlı rəsmi açıqlama - Foto
16 sentyabr 2021
# 12:24

“Sosial şəbəkələrdə və xəbər saytlarında mərhum aktyor, xalq artisti Səyavuş Aslanın oğlu Çingiz Aslanovla bağlı məlumat paylaşılır. Onun küçədə qalması, çətin həyat şəraiti ilə üzləşdiyi bildirilir.”

Bu sözləri Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin rəsmi nümayəndəsi Murad Həşimov öz sosial hesablarında paylaşıb. O daha sonra əlavə edib:

“Məlumat vermək istəyirəm ki, Çingiz Aslanov daha əvvəl həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsində olub. Orada yaşayış üçün zəruri xidmətlərlə əhatələnib. Lakin şəxsi seçimləri səbəbindən öz istəyi ilə sığınacağı tərk edib.

Onun küçədə gecələməməsi, sığınacağa yenidən cəlbi üçün əməkdaşlarımıza təlimat verilib. Və artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları əraziyə göndəriliblər. Çingiz Aslanovun özünün də razılığı olarsa yenidən müəssisəyə cəlbini həyata keçirməyə hazırıq.

Məlumat verən hər kəsə təşəkkür edirik!”

Xatırladaq ki, bir müddət əvvəl Xalq artisti Səyavuş Aslanın oğlu Çingiz Aslanovun küçədə qaldığı, dilənçilik etdiyi və ruhi xəstələrə xas olan davranış sərgilədiyi haqda məlumat və fotolar yayılmış, ictimaiyyət arasında narahatlığa səbəb olmuşdu.

# 5982 dəfə oxunub

Oxşar xəbərlər

“Humay və sehrli Huma quşu”  kitabının Daşkənddə təqdimatı keçirildi

“Humay və sehrli Huma quşu” kitabının Daşkənddə təqdimatı keçirildi

11:59 7 noyabr 2026
Spotify səsli kitab kataloqunu istifadəyə verdi - 350 mindən çox ingilisdilli əsər

Spotify səsli kitab kataloqunu istifadəyə verdi - 350 mindən çox ingilisdilli əsər

10:12 7 noyabr 2026
Tbilisidə Zəfər Günü  qeyd olundu

Tbilisidə Zəfər Günü qeyd olundu

09:39 7 noyabr 2026
AzTV-nin 100 illiyi münasibətilə nəşr olunan ensiklopediyanın təqdimat mərasimi keçirildi

AzTV-nin 100 illiyi münasibətilə nəşr olunan ensiklopediyanın təqdimat mərasimi keçirildi

09:28 7 noyabr 2026
"Royal Society of Literature Pioneer Prize"  mükafatının qalibi açıqlandı

"Royal Society of Literature Pioneer Prize" mükafatının qalibi açıqlandı

18:46 6 noyabr 2026
Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

18:24 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər