Şuşanın azad olunma xəbəri 

Şuşanın azad olunma xəbəri 
6 noyabr 2020
# 10:54

Mənim də doğulduğum kənd işğal altındadır.

Aradan 28 il keçsə də oraların qoxusunu, çayının dalğasını, suyunun dadını, havasının soyuqluğunu, torpağının nəmini belə xatırlayıram.

Amma hiss edirəm ki, Şuşa ilə bağlı gəzən xoş söz-söhbətlər daha çox təsir edir mənə.

Bəlkə, ona görə ki, ixtisasca tarixçiyəm və 90-cı illər siyasi tarixini yaxşı oxumuşam.

Şuşanın doğmalığından əlavə tarixdəki yerini və bizim üçün hansı məna daşıdığını lazımınca bilirəm.

Xəritədə gördüyümüz yerlərin bir çoxunu maşınla da yox eee... piyada gəzmişəm.

Qarış-qarış.

Addım-addım.

Elata qoşulub Qarabağın dağından Aranına günlərlə yol gəlmişəm.

Şuşa bir başqadır!

İndi bu saat arzularımızın Məkkəsinin azad olunma xəbərini vermək, bu xəbərə dözmək mənə Şuşanı azad eləməkdən daha çətin gəlir.

Nə edəcəyik?

Nə etməliyik?

200 ildir heç bir azərbaycanlı bu hissi yaşamayıb axı.

Ənənədə yoxdur.

Presedent oturuşmayıb.

Biz nə zaman gördük bu boyda sevinci?

Yəqin, Azərbaycan müstəqil olanda.

Ancaq bu, birdən-birə olmadı.

Gözlənilirdi.

Tarixi proseslər bu danılmaz gerçəkliyə doğru gedirdi.

Əslində, tarixi proseslər Şuşaya doğru da gedir.

Amma yenə də...

Bəlkə daha çox bilirik, daha çox itkilərimiz olub, daha çox əzablar görmüşük, ona görə?..

Sosial Şəbəkələrdə bir Şuşa manipulyasiyası var.

Hamı yazır, hamı özünü ilk qaranquş sanır, amma ən çox yazanlar da bu xəbəri bir nəfərdən gözləyir.

O anı təsəvvür eləmirəm.

Yəqin, qışqırmaq, ağlamaq ilk ağla gələn reaksiyadır.

Bəs sonra?

Şuşaya sahib olmaq öz möhtəşəm sevinci ilə bir yerdə həm də ağır mənəvi yükdür.

Buna hazır olaq.

Və bütün hallarda təmkinimizi qoruyaq.

Şuşa uğrunda qan tökən, can verən əsgərlərin qardaşlarına yalınız bu yaraşar.

# 5561 dəfə oxunub

Oxşar xəbərlər

Özün öz yolunsan, ilan balası - Ramiz Rövşən

Özün öz yolunsan, ilan balası - Ramiz Rövşən

16:50 26 sentyabr 2026
Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək

Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək

15:38 26 sentyabr 2026
Məşhur müğənni Bakıda butulkanın içində konsert verdi - VİDEO

Məşhur müğənni Bakıda butulkanın içində konsert verdi - VİDEO

14:46 26 sentyabr 2026
Kommunizmin edə bilmədiyini texnologiya etdi? – Dünyanı birləşdirən “əxlaq”

Kommunizmin edə bilmədiyini texnologiya etdi? – Dünyanı birləşdirən “əxlaq”

13:00 26 sentyabr 2026
Rəşid Behbudov ona niyə kömək etmədi? - Cəfər Behbudovun son sözləri

Rəşid Behbudov ona niyə kömək etmədi? - Cəfər Behbudovun son sözləri

12:30 26 sentyabr 2026
Bir mühacirin kitabı sovet Bakısına necə sızdı? - Cavidin Vaşinqtondakı barelyefinin arxasındakı şuşalı

Bir mühacirin kitabı sovet Bakısına necə sızdı? - Cavidin Vaşinqtondakı barelyefinin arxasındakı şuşalı

12:00 26 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər