Salam, Azərbaycan! Salam, Bakı! - Əhməd Abdullayev yazır

Salam, Azərbaycan! Salam, Bakı! - Əhməd Abdullayev yazır
10 dekabr 2019
# 17:30

Salam, Azərbaycan Telefilm

Bu doğma sözləri eşidəndə mənim yadıma gəncliyim düşür. Heç təsadüfi deyil ki, mən Azərbaycan televiziyasında 40 il işləmişəm. Keçən əsrin 60-cı illərində Azərbaycan televiziyasına gələndə mən çox çətin, mürəkkəb və maraqlı yaradıcılıq yolu keçmişəm.

Bu müddət ərzində 50-dən çox sənədli film və 1500 qədər ictimai-siyasi verlişlər hazırlamışam.

Mənim yaradıcılığımın ən yüksək nöqtəsi ümumilli lider, Ulu Öndər Heydər Əliyevə həsr edilmiş silsilə verlişlərlə bağlıdır.

Azərbaycan telefilmin keçdiyi bu 60 illik yaradıcılıq yolunda, bu bayram ərəfəsində onun korifeylərini, ustadlarını xatırlamamaq günahdır. Axı məhz onların ağlı və cəsarəti nəticəsində Azərbaycan televiziyasında yeni qurum - Telefilm yaradıldı.

İshaq İbrahimov, Arif Babayev, Rüfət Şabanov, Nazim Abbasov, Arif Qazıyev, Vasif Babayev , Nəriman Şıxəliyev, İsgəndər Kərimov, Tofiq Tağıyev....Onlar məhz burada – yeni məktəb, yeni istiqamət – televiziya kino məktəbi yaratdılar.

Ədəbiyyat və tərcümə sahəsində nüfuzlu mütəxəssis olan İshaq müəllim İbrahimov mənim iç dünyamı dürüst anlamaqla kifayətlənmir, həm də ona praktik kömək göstərir və yaradıcılıq dəstəyini əsirgəmirdi. Məhz bu köməyin sayəsində mən "Azərtelefilm" yaradıcılıq-istehsalat birliyində bir-birindən maraqlı sənədli filmlər çəkməyə başladım. Çox keçmədən mənim rejissor olduğum "Qırmızı qələm", "Sevilin bacıları", "Neft Daşları", "Mingəçevir", "Şahdağın Ətəyində", "And", "Həyatın Cizgiləri", "Naxçıvan" kimi maraqlı sənədli filmlər ekranlara çıxdı. Qeyd etmək lazımdır ki, o vaxt qayda belə idi ki, müttəfiq respublikalarda çəkilən filmlərin hamısı dövlət sifarişi sayılırdı. Moskvada xüsusi komissiya bu filmləri qəbul edirdi və daha çox bəyənilən əsərlər ümumittifaq ekranında - mərkəzi televiziyada və Avroviziya ekranlarında nümayiş etdirilmişdi. Mənim çəkdiyim bütün filmlər həmişə yüksək qiymətə layiq görülüb və böyük ekranlarda göstərilib.

Rejissorluq ən gözəl peşələrdən biridir. Gözəlliyi ondadır ki, bu peşə sahibinin dünyaya, gerçəkliyə, hadisələrə fərqli baxışı, bir də qeyri-adi istedadı olur. İstedad ilahi qabiliyyətdir və ilk növbədə istənilən ideyaya, məzmuna müəyyən forma verməkdə üzə çıxır. Mən o zaman bu insanları tanıyanda televiziya yaradıcılığı və rejissor işi haqqında bu qənaətlərim təzə-təzə formalaşırdı. Onlarla uzun illər birgə unudulmaz fəaliyyətimiz mənim bu düşüncələrimə yeni miqyas verdi, təsəvvürlərimə əlavə rənglər qatıb onu xeyli əlvanlaşdırdı.

Mən yuxarıda qeyd etdiyim ustadların hamısı ilə işləmişəm, onlardan çox şey öyrənmişəm. Bu televiziya korifeylərini necə unutmaq olar?

Bu bayram ərəfəsində - mən öz adımdan və xaricdə yaşayan Azərbaycanlılar adından başda dövlət başçısı olmaqla Azərbaycan telefilmin bütün yaradıcılıq birliyinin heyətinə bu 60 illik yubiley bayramı münasibəti ilə təbrik edir və hamıya can sağlığı və yeni yaradıcılıq müfəvvəqiyyətləri arzulayıram.

Aztelefilmin rejisor və ssenarist veteranı: Əhməd Abdullayev

# 4356 dəfə oxunub

Oxşar xəbərlər

Zəfər Günü münasibətilə  Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

16:49 31 oktyabr 2026
Raye “Mercury Prize”  qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

Raye “Mercury Prize” qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

15:30 31 oktyabr 2026
MaklmorUN Fələstinə dəstək  konsertində 13 min nəfər iştirak etdi

MaklmorUN Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi

15:00 31 oktyabr 2026
Cey-Z  "Super Bowl"un fasilə şousunda çıxış edəcək

Cey-Z "Super Bowl"un fasilə şousunda çıxış edəcək

14:30 31 oktyabr 2026
Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

14:00 31 oktyabr 2026
Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı –  Ailə daxilində mübahisə yarandı

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı – Ailə daxilində mübahisə yarandı

13:00 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər