Məşhur tarixi abidənin yeri dəyişdirilir

Məşhur tarixi abidənin yeri dəyişdirilir
29 dekabr 2019
# 10:27

Dörd sfinks heykəli Misirin Luksor şəhərindəki Karnak məbədindən Qahirənin Tahrir meydanına gətiriləcək və burada bərpa olunan obeliskin ətrafında yerləşdiriləcək.

Kulis.az xəbər verir ki, bu barədə Karnak Tarixi Abidələri İdarəsinin rəhbəri Mustafa əl Sağir məlumat verib.

Qeyd olunub ki, obelisk Tahrir meydanına Zaqaziq şəhərindəki açıq havadakı arxeologiya muzeyindən iki ay əvvəl gətirilib. Bu muzeyin ilk sırasında yerləşən 30 sfinks heykəli Misir fironlarının müxtəlif sülalələri dövründə məbədin girişində qoyulub. Onların ətrafında Taharqa sütunları və kiçik kilsələr inşa edilib. Kebbaş yolu adlanan meydanda da bərpa işlərin 90 faizi baş çatdırılıb və tezliklə turistlərin ziyarətinə açılacaq.

Fironların istifadə etdikləri Kebbaş yolu hazırda dünyanın ən uzun ara keçidi və açıq hava muzeyidir. Onun bərpa olunması Misirin turizm sənayesi üçün xüsusi əhəmiyyətə malikdir. Belə ki, bu yolun istifadəyə verilməsi sayəsində Karnak məbədi kompleksi ilə Luksor məbədi birləşəcək. Fironların dövründə bu ərazidə mərasimlər və festivallar keçirilib. O, 2013-cü ildən etibarən Misirin Turizm Nazirliyi tərəfindən səyahət siyahısına əlavə edilib. Kebbaş yolunun uzunluğu 2,7 kilometrdir və bu keçid boyu ümumilikdə 1200 sfinks heykəli yerləşir.

“Sfinks” sözü yunancadan tərcümədə “boğucu”, “boğan” mənasını daşıyır. Sfinks – qadın başlı, şir bədənli, quş qanadlı mifoloji bir varlıqdır. Qədim misirlilər bu heykəllərə qoruyucu tanrılar kimi sitayiş ediblər./azertag.az/

# 2256 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur "Toy marşı"nın müəllifi - O, niyə yaşamaq həvəsini itirmişdi?

Məşhur "Toy marşı"nın müəllifi - O, niyə yaşamaq həvəsini itirmişdi?

17:00 4 noyabr 2025
Mikayıl Müşfiqin hüquqi varisi:  "Qanun qarşısında cavab verəcəklər..."

Mikayıl Müşfiqin hüquqi varisi: "Qanun qarşısında cavab verəcəklər..."

16:55 4 noyabr 2025
Nizami Cəfərov:  "Bunlarla barışmaq mümkün deyil..." - AÇIQLAMA

Nizami Cəfərov: "Bunlarla barışmaq mümkün deyil..." - AÇIQLAMA

16:05 4 noyabr 2025
“Zəfər Andı” bədii kompozisiyası təqdim edildi

“Zəfər Andı” bədii kompozisiyası təqdim edildi

15:47 4 noyabr 2025
Füzuli Teatrının direktoru xəstəxanadan evə buraxılıb

Füzuli Teatrının direktoru xəstəxanadan evə buraxılıb

14:59 4 noyabr 2025
Bir tək sən mühümsən, eşq... - Günün mahnısı

Bir tək sən mühümsən, eşq... - Günün mahnısı

13:46 4 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər