Mədəniyyət Nazirliyi məlumat yaydı - Mətn

Mədəniyyət Nazirliyi məlumat yaydı - Mətn
16 sentyabr 2021
# 17:05

Mədəniyyət və Turizm Nazirliyi teatr və teatr-konsert müəssisələrinin açılması məsələsi ilə bağlı məlumat yayıb.

Kulis.az həmin məlumatı təqdim edir:

“İctimaiyyətə məlum olduğu kimi, iki ilə yaxındır, dünya ölkələrinin qlobal probleminə çevrilən pandemiya bütün sahələrə, xüsusən mədəniyyət sahəsinə öz mənfi təsirini göstərib. Etiraf etməliyik ki, bu baxımdan ən çox zərər çəkən sahə teatr, kino sahəsidir. Bu gün kinoteatrların, teatr-konsert müəssisələrinin fəaliyyətinin bərpa olunması Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, xüsusən mədəniyyət nazirinin şəxsi diqqətindədir. Öncə də bildirdiyimiz kimi, pandemiya şərtlərinə əməl edilməklə, kinoteatrların, teatr-konsert müəssisələrinin fəaliyyətinin qismən bərpasına icazə verilməsi ilə bağlı tərəfimizdən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət ünvanlanmışdır.

Qeyd edək ki, hazırda davam edən Bakı Caz Festivalının, ötən il online formatda keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının böyük məhdudiyyətlərlə olsa da, bu il canlı keçirilməsinə nail olmuşuq. Hazırkı şəraiti nəzərə alaraq, bu fakt özü özündə ölkə rəhbərliyinin məsələyə verdiyi önəmin bir göstəricisidir.

Bu festivallar bizim üçün bir sınaq rolunu oynayır. Belə ki, gedişat uğurlu olarsa, bunu teatr-konsert müəssisələrinin açılmasına yönəlik müsbət addım hesab etmək olar. Doğrudur, teatr-konsert müəssisələrində fəaliyyət göstərən əməkdaşların böyük əksəriyyəti vaksinasiyadan keçmişdir. Ancaq bu işdə təkcə müəssisələrə deyil, vətəndaşlarımızın da üzərinə sosial məsuliyyət düşür. Vaksinasiya prosesində uğurlu nəticələr əldə edildikdən sonra kinoteatrların, teatr-konsert müəssisələrinin fəaliyyətinin ənənəvi qaydada bərpa ediləcəyinə ümid edirik.

İnanırıq ki, bu bəla xalqımızın başı üzərindən sovuşacaq və ölkəmizdə həyat tezliklə öz axarına qayıdacaq. Amma hələ ki, bu real təhlükə mövcuddur və dövlətimiz ilk növbədə əhalinin sağlamlığını düşünməyə məcburdur.”

# 6902 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat etdi

Xalq artisti Zaur Rzayev vəfat etdi

18:52 29 oktyabr 2026
Beren Saat və Ekin Koç illər sonra yenidən eyni layihədə

Beren Saat və Ekin Koç illər sonra yenidən eyni layihədə

17:30 29 oktyabr 2026
Qadınların gündəlik həyatını əks etdirən qədim dolab tapıldı

Qadınların gündəlik həyatını əks etdirən qədim dolab tapıldı

17:00 29 oktyabr 2026
Deddi Yankinin  yeni albomu yayımlanacaq

Deddi Yankinin yeni albomu yayımlanacaq

16:30 29 oktyabr 2026
Məşhur aktyor "Yaşayan ən seksual kişi"  seçildi

Məşhur aktyor "Yaşayan ən seksual kişi" seçildi

16:00 29 oktyabr 2026
Nadir dinozavr skeleti rekord qiymətə satıldı

Nadir dinozavr skeleti rekord qiymətə satıldı

15:00 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər