Kulis 2019-un ədəbiyyat mükafatlarını təqdim etdi - Fotolar

Kulis 2019-un ədəbiyyat mükafatlarını təqdim etdi - Fotolar
25 dekabr 2019
# 17:09

Bu gün saat 15-də APA Group-un akt zalında Kulis.az saytının 2019-cu ilin yazıçısına, şairinə və tənqidçisinə verdiyi mükafatlar sahiblərinə təqdim olunub.

Təqdimat mərasimini giriş sözü ilə açan yazıçı, Kulis.az-ın baş redaktoru Şərif Ağayar ilin yazıçılarının seçim prinsipindən danışıb. O, qeyd edib ki, il boyu ədəbi və mədəni prosesləri yaxından izləyən sayt kollektivi seçim zamanı 2019-cu ildə ədəbi fəallıqları ilə seçilən peşəkar ədəbiyyat adamlarına üstünlük verib.

Daha sonra çıxış edən Lent.az saytının baş redaktoru Qabil Abbasoğlu bildirib ki, innovasiyanın təsiri ilə kağız media aktuallığını saytlara ötürdükdən sonra Kulis.az ölkənin sənət, ədəbiyyat yeniliklərini layiqincə tirajlayır. Sayt tərəfindən ilin ədəbiyyat adamlarının seçilməsi də bu missiyanın növbəti addımlarındandır.

Çıxış edən tənqidçi-ədəbiyyatşünas Cavanşir Yusifli tədbirin əhəmiyyətindən söz açaraq təşkilatçılar tərəfindən ənənəyə çevrilən bu tip hadisələrin ədəbi mühitə müsbət təsirindən danışıb.

Ədəbiyyat qəzetinin baş redaktoru Azər Turan seçilən şəxsləri təbrik edərək, Kulis.az-a atdığı bu addıma görə təşəkkürünü bildirib. Laureatlar arasında “Ədəbiyyat qəzeti”nin əməkdaşının olmasını xüsusi vurğulayan Azər Turan bu təşəbbüsü həm də qəzetin il ərzində göstərdiyi fəaliyyətə qiymət kimi dəyərləndirib.

Ardınca laureatlara mükafatlar təqdim olunub.

“Qız və maneken” povest və hekayələr kitabına və Kulis.az-da yayımlanan yeni hekayələrinə görə “İlin yazıçısı” mükafatı Səfər Alışarlıya, Kulis.az-da yayımlanan və geniş marağa səbəb olan şeirlərinə görə “İlin şairi” mükafatı Həmid Herisçiyə və yeni ədəbiyyat nümunələrindən, xüsusən gənclərin yaradıcılığından mütəmadi yazdığı səmərəli tənqidi yazılarına və bu il çap olunan “Düşüncə zamanı - ədəbi tənqid diskurs kimi” və “Ədəbiyyat qəzeti”ndə təşkil olunan ədəbi müzakirələrin toplandığı “Müstəqilliyin ədəbiyyatı müzakirə diskursunda” kitablarına görə “İlin tənqidçisi” mükafatı Elnarə Akimovaya verilib.

Laureatlar da çıxış edərək, Kulis.az saytının təşəbbüsünü qiymətləndirdiyini bildirib, nəsr, şeir və tənqid sahəsi ilə bağlı fikirlərini bölüşüblər.

Tədbir Kulisin Facebook səhifəsində canlı yayımlanıb.

# 4239 dəfə oxunub

Oxşar xəbərlər

"Quran"ı əzbər bilən Qara Qarayev kimdir?

"Quran"ı əzbər bilən Qara Qarayev kimdir?

10:47 5 fevral 2026
"Netflix" BTS-in konsertini canlı yayımlayacaq

"Netflix" BTS-in konsertini canlı yayımlayacaq

10:25 5 fevral 2026
“Qış nağılı”  II Beynəlxalq Musiqi Festivalı başlayır

“Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı başlayır

10:23 5 fevral 2026
Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi

Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi

18:39 4 fevral 2026
"Sürücü dedi, sənin oğlunam, dedim, biabır oldum” – Valeh Kərimovla müsahibə

"Sürücü dedi, sənin oğlunam, dedim, biabır oldum” – Valeh Kərimovla müsahibə

17:13 4 fevral 2026
Hər işi axıracan görmək lazımdır! - Günün şeiri

Hər işi axıracan görmək lazımdır! - Günün şeiri

16:50 4 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər