Gənc bəstəkar "Dədə Qorqud" baleti yazdı

Gənc bəstəkar "Dədə Qorqud" baleti yazdı
29 yanvar 2021
# 17:19

Gənc bəstəkar İlhaə Qismət şanlı ordumuzun II Qarabağ Müharibəsi zamanı düşmən üzərindəki qələbəsinə balet həsr edib.

Bu barədə Kulis.az-a danışan gənc bəstəkar qeyd edib ki, librettosu İltifat Hacıxanoğluna məxsus olan “Dədə Qorqud” baleti üzərində beş il çalışıb:

“Dədə Qorqud” baletinin liberettosunun xalqımızın bu möhtəşəm qələbəsi ilə eynilik təşkil etməsi, xüsusilə neçə-neçə əsirlərimizin uzun illər “Dədə Qorqud” dastanındakı Bamsi Beyreyin yaşadığı əsirlik həyatınından daha ağırını yaşaması, bu baletin məhz belə təqdim olunmasını zəruri edib. Mən bu baleti 44 günlük Vətən Müharibəsinə ithaf edirəm”.

Gənc bəstəkar onu da vurğulayıb ki, bu gün onun ən böyük arzusu, 2021-ci ildə “Dədə Qorqud” baletini səhnələşdirilməsinə nail olmaq və bu baleti Azərbaycan xalqı ilə yanaşı bütün türk dünyasına təqdim etməkdir. Türk xalqlarının ortaq mənəvi sərvəti kimi mədəniyyətimizdə yer alan “Dədə Qorqud” dastanı əsasında yazılmış eyniadlı “Dədə Qorqud” baleti Türkiyə-Azərbaycan qardaşılığına bir töhvə kimi tarixə keçəcək.

Qeyd edək ki, bəstəkar İlahə Qismət (İlahə İsmət qızı İsrafilova)1993-cü ildə Bakı şəhərində anadan olub. İlk orta və musiqi təhsilini Bülbül adına Orta İxtisas Musiqi Məktəbində, isə Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasın bəstəkarlıq fakültəsinin bakalavr və magist pillələrini fərqlənmə diplomu ilə bitirib. Bəstəkarlıq ixtisası üzrə görkəmli şəxsiyyət, xalq artisti, professor, dahi bəstəkar Arif Məlikov, əməkdar incəsənət xadimi, BMA-nın “Bəstəkarlıq” fakültəsinin rəhbəri Aydın Əzimovdan sənət dərsləri alıb. 2017-ci ildə dünyaşöhrətli bəstəkar Firəngiz Əlizadənin dəstəyi ilə Azərbaycan Bəstəkarlar İttifaqının üzvlüyünə qəbul edilib, hazırda “Gənclərlə iş” bölməsinə rəhbərlik edir.

Hazırda BMA-nın doktorantı olan İ.Qismət həm də 2017-ci ildən xalq artisti Zümrüd Məmmədova ilə təsis etdiyi “Mədəni Əlaqələrin İnkişafına Dəstək” İctimai Birliyinin sədridir. Respublika və beynəlxalq müsabiqələr laureatı, çoxsaylı layihələrin müəllif olan gənc bəstəkar 2019-cu ildə Gənclər və İdman Nazirliyinin “Gənclər mükafatı”, Mədəniyyət Nazirliyinin “Yaradıcı gənclər” mükafatları ilə təltif olunub.

# 3624 dəfə oxunub

Oxşar xəbərlər

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
"Oskar"da "Ən yaxşı kastinq"  kateqoriyası üzrə təxminlər açıqlandı

"Oskar"da "Ən yaxşı kastinq" kateqoriyası üzrə təxminlər açıqlandı

11:30 9 noyabr 2026
"Gələcəyə miras" layihəsinin nəticələri - 32 mindən çox qədim tapıntı aşkarlandı

"Gələcəyə miras" layihəsinin nəticələri - 32 mindən çox qədim tapıntı aşkarlandı

10:40 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər