6 noyabr – Azərbaycanda Radio və Televiziya işçilərinin peşə bayramıdır

6 noyabr –  Azərbaycanda Radio və Televiziya işçilərinin peşə bayramıdır
6 noyabr 2024
# 10:27

6 noyabr – Azərbaycanda Radio və Televiziya işçilərinin peşə bayramı günüdür. 94 il əvvəl – 1926-cı ilin noyabrında Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə «Danışır Bakı!» ifadəsi ətrafa yayılıb. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asa bilmə imkanı yaradılmışdı. O zaman həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi.

Bir neçə il əvvəl isə bu təqvim daha bir yeniliklə – Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında rəqəmli televiziya yayımına keçidlə əlamətdardır. Radio-televiziya yayımları sahəsində yeni rəqəmli texnologiyaların tətbiqi analoq standartının daha müasir rəqəmli standartla əvəz edilməsi zərurətini meydana çıxarıb. Digər ölkələrdə olduğu kimi, respublikamızın ərazisində də rəqəmli televiziya yayımının tətbiqi istiqamətində müvafiq tədbirlər görülməkdədir.

Qeyd edək ki, rəqəmli yayıma keçidin əsas üstünlüyü televiziya proqramlarının yüksək keyfiyyətlə qəbul edilməsi, strateji əhəmiyyət kəsb edən tezlik resurslarından səmərəli istifadə edilməsi və yerüstü efir vasitəsilə çoxsaylı televiziya proqramlarının qəbuluna imkan yaratmasıdır.

İlk olaraq, 1953-cü ildə Bakı Televiziya Mərkəzinin tikintisinə başlanıb. 3 il sonra isə Bakıda televiziya yayımı üçün polad bloklardan yığılmış ilk 180 metrlik qüllə qurulub. 1956-cı il fevralın 14-də Azərbaycan Televiziyası fəaliyyətə başlayıb.1973-cü ildən başlayaraq paytaxtda televiziya verilişləri rəngli təsvirlərlə yayımlanıb. Respublikada yayımlanan verilişlərin sayını artırmaq üçün yeni Teleqüllənin tikintisinə isə 1981-ci ildə start verilib. 1996-cı ildə Teleqüllə istismara verilib. 2008-ci ildə isə Teleqüllə kompleksində əsaslı yenidənqurma işləri həyata keçirilməyə başlanıb.

Görülən tədbirlər nəticəsində kompleks ən qabaqcıl rabitə avadanlığı ilə təchiz olunub. Ümumi hündürlüyü 310 metr, çəkisi 40 min ton olan Teleqüllə dəniz səviyyəsindən 136 metr hündürlükdə yerləşir. Kompleksin beton hissəsi 200 metr, metal hissəsi isə 110 metrdir. Qüllənin üzərində milli ornamentli 4 şəbəkə yerləşir ki, bunların hər biri bir qütbə istiqamətlənib.

Hazırda ölkə ərazisində radio proqramları orta dalğa (AM radio 526,5-1606,5kHs) və UQD dalğa diapazonundakı tezliklərdə (FM radio 88 MHs-108 MHs), televiziya proqramları isə PAL, D/K standartında və III, IV və V televiziya diapazonlarında yayımlanır. Qeyd edək ki, rəqəmli televiziya yayım şəbəkəsi DVB-T standartı üzrə qurulub.

Orta dalğalarda “Azərbaycan” radiosu və müxtəlif dillərdə yayımlanan “Xaricə yayım” radio proqramları yayımlanır. Orta dalğa radio yayımlarının texnoloji xüsusiyyətlərindən asılı olaraq, bu dalğalarda yayımlanan proqramlar nəinki ölkə daxilində, hətta xarici ölkələrdə də qəbul oluna bilir.

Ümumrespublika radio və televiziya proqramları yerüstü yayımla yanaşı, peyklərdən də (məsələn, “Azerspace” peyki) yayımlanır.

# 2226 dəfə oxunub

Oxşar xəbərlər

Fransız akademizmi ilə  yapon ruhunun  sintezi - “Ark-la-Batay mənzərəsi”nin pərdəarxası məqamları

Fransız akademizmi ilə yapon ruhunun sintezi - “Ark-la-Batay mənzərəsi”nin pərdəarxası məqamları

17:30 4 avqust 2026
Türk kinosunda realizmin banisi  – Metin Erksanın 3 məşhur filmi

Türk kinosunda realizmin banisi – Metin Erksanın 3 məşhur filmi

16:50 4 avqust 2026
"Biz yalnız özümüzü eşidirik..."  - Alman filosofdan sitatlar

"Biz yalnız özümüzü eşidirik..." - Alman filosofdan sitatlar

16:20 4 avqust 2026
“Star Wars” anime ilə ekranlara qayıdır

“Star Wars” anime ilə ekranlara qayıdır

15:20 4 avqust 2026
Təhsilimizdə sabitlik ehtiyacı - İslahatlar, yoxsa bitməyən çılğın eksperimentlər?

Təhsilimizdə sabitlik ehtiyacı - İslahatlar, yoxsa bitməyən çılğın eksperimentlər?

14:00 4 avqust 2026
Tanınmış  aktrisa vəfat etdi – Səbəb

Tanınmış aktrisa vəfat etdi – Səbəb

13:40 4 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər