3 yaşına qədər gözləri görmədi, Zərdabinin qızına övladlığa verildi - Mədəniyyət naziri olmuş Xalq artisti haqqında

3 yaşına qədər gözləri görmədi, Zərdabinin qızına övladlığa verildi - Mədəniyyət naziri olmuş Xalq artisti haqqında
19 sentyabr 2023
# 21:00

Bu gün Xalq artisti, bəstəkar Rauf Hacıyevin anım günüdür.
Kulis.az bu münasibətlə onun həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.


Rauf Soltan oğlu Hacıyev 1922-ci il mayın 15-ində Bakı şəhərində anadan olub. 3 yaşına qədər gözləri görməyib. Hamı elə bilib ki, o, heç vaxt görməyəcək. Ancaq zamanla onun gözləri açılıb...

***
Anası Nanə xanım Həsən bəy Zərdabinin qardaşı qızı olub. Atasını çox tez itirib. Həyat yoldaşını itirəndən sonra ağır günlər keçirən Nanə xanım Raufu Zərdabinin ailə qurmayan qızı Qəribsoltan Məlikovaya övladlığa verib. O, Raufa öz balası kimi baxıb. Bəstəkar da Qəribsoltan xanımı heç vaxt unutmayıb. Harada mənzillə təmin olunsa, o da onunla birgə yaşayıb. Qəribsoltan xanım dünyasını dəyişəndə onu Rauf Hacıyevin evindən götürüblər.

***
Azərbaycan musiqili komediyasının inkişafında Rauf Hacıyevin xidməti çox böyükdür. Sözün əsl mənasında Rauf Hacıyevin istedadı daha çox operetta janrında parlayıb. Onun operettalarında vokal sifmonik, balet və estrada sənəti bir-biri ilə üzvi surətdə bağlıdır. Rauf Hacıyev musiqisinin xalq musiqisi və müasir estrada üslubunun sintezindən ibarət olması onun əsərlərinə əbədi cazibə gətirib.

Rauf Hacıyevin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM » Birxeber.az -  Azərbaycan və dünyadan xəbərlər

***
Musiqi duyumu Raufa irsən keçib. Anasının gözəl səsi olub. Atası yaxşı tar çalıb, Qurban Pirimovun tələbəsi olub. İstedadı hələ erkən yaşlarından özünü göstərməyə başlayıb. İlk əsərlərini musiqi məktəbində oxuyarkən yazıb: Fortepiano üçün 3 pyes – “Dağıstan”, “Ləzgihəngi” və “Tarantella”. Kövkəb Səfərəliyeva onun ilkin musiqi biliklərinə yiyələnməsinə, musiqi tariximizə ilk kövrək addımlarını atmasına kömək edib.

***

İkinci Dünya müharibəsində hamı kimi o da cəbhəyə yollanıb, ancaq bir müddət sonra yaralanaraq Bakıya qayıdıb. 1944-cü ildə Yanğından Mühafizə İdarəsinin estrada ansamblını yaradıb. Ansambl fəaliyyətini 1949-cu ilə qədər davam etdirib.

***

1948-ci ildə Rauf Hacıyev Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. Daha sonra bir illiyə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasına köçürülüb və ardınca təhsilini Bakıda davam etdirib.

Tələbəlik illərində Rauf Hacıyevin bəstələdiyi əsərlərə maestro Niyazi ilə birgə "Kolxoz səhəri" (1949) vokal-simfonik süitasını və "Bahar" kantatasının (1950, S.Vurğun, S.Rüstəm və M.Rahimin şeirlərinə) adlarını qeyd etmək olar.

Görkəmli bəstəkar Rauf Hacıyevin doğum günüdür

***

Rauf Hacıyev müəllimindən - Qara Qarayevdən çox təsirlənib. Bunu əsasən irihəcimli əsərlərinin üslubunda, yazı texnikasında və təfsirində görmək mümkündür. 1952-ci ildə tamamlanan "Violin və simfonik orkestr üçün konsert", konservatoriyanı bitirdiyi ildə diplom işi kimi təqdim etdiyi "Gənclik simfoniyası" buna misaldır.

***

Rauf Hacıyev əsl novator olub. 1956-cı ildə, doğum günündə caz orkestrini yaradıb. Orkestrin solistləri arasında Mirzə Babayev, Lütfiyar İmanov, Elmira Rəhimova kimi zamanla musiqi tariximizə adlarını qızıl hərflərlə yazdıran sənətkarlar olub. Orkestrin SSRİ-nin hər yerində konsertlər verməsi bəstəkarın təşkilatçılıq bacarığına işarədir. Məhz bundan sonra onu müxtəlif vəzifələrə dəvət ediblər. 1964-cü ildə M. Maqomayev adına Azərbaycan Dövlət Flarmoniyasına direktor təyin edilib.

***

1965-ci ildən 1970-ci ilədək Azərbaycan Sovet Sosialist Respublikasının Mədəniyyət naziri vəzifəsində çalışdığı müddətdə Xalça Muzeyini, Dövlət Rəqs Ansamblını yaradıb, Dövlət Xor Kapellasının fəaliyyətini bərpa edib. Onun nazir olduğu dövrdə M.F.Axundov adına Opera və Balet Teatrının balet truppası ilk dəfə olaraq Parisə qastrol səfəri edib. "Qrand Opera"nın səhnəsində xoreoqrafiya ustalarımız müxtəlif nömrələrlə çıxış ediblər. Tələbkar parislilər balet truppamızın texniki və artistlik imkanlarını, peşəkar musiqimizin yüksək səviyyəsini layiqincə qiymətləndiriblər. Rauf Hacıyevin nazir olduğu dövrün maraqlı faktlarından biri də bundan ibarətdir ki, keçmiş SSRİ-nin incəsənət aləmində o, "knyaz" adı ilə də məşhur idi. Elə SSRİ-nin mədəniyyət naziri Yekaterina Furtsevaya onun gəlməyi barədə məlumat verəndə məhz belə deyirmişlər: "Knyaz" gəlib".

***

Rauf Hacıyevin ən çox sevdiyi musiqi janrı mahnı və operetta olub. Vasif Adıgözəlov demişkən, bu gün fortepianoda çalmağı öyrənən gənclər özləri də bilmədən Rauf Hacıyev üslubunda çalırlar.

XATİRƏ: RAUF HACIYEV (15.05.1922-19.09.1995) Görkəmli bəstəkar, SSRİ Xalq  artisti RAUF HACIYEV Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük  töhfələr... | By Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi | Facebook

***

Rauf Hacıyev həm də bir çox məşhur Azərbaycan filminin musiqilərinin bəstəkarıdır: "Əhməd hardadır", "Mən rəqs edəcəyəm", "Bir qalanın sirri", "Qaraca qız", "Kölgələr sürünür", "Qara daşlar" və s.

***
Bəstəkarın Moskvada tamaşaya qoyulmuş ilk operettası “Romeo mənim qonşumdur” əsəri olub. Şamil Mahmudbəyov 1963-cü ildə bu əsər əsasında film çəkib. Bəstəkar həmçinin “Dördüncü fəqərə”, “Qafqaz əsiri”, “Ana, mən evlənirəm” kimi operettaların da müəllifidir. Finlandiyalı satirik yazıçı Marti Larnin onun romanı əsasında eyniadlı - "Dördüncü fəqərə" operettasını yaratmış azərbaycanlı bəstəkarın ecazkar musiqisinə qulaq asdıqdan sonra deyib: "Bu, gözəl müasir musiqidir. O, təkcə əsərin əsas qayəsini əks etdirmir, həmçinin öz ifadə vasitələri ilə əsəri daha da zənginləşdirir.
Sonuncu əsərini isə böyük Üzeyir Hacıbəyova həsr edib. Həmin əsər “Ordan-burdan” adı ilə hamımıza tanışdır.

***

“Rauf Hacıyev 1971-ci ildə SSRİ Mədəniyyət nazirliyinin göndərişi ilə Əlcəzair Respublikasının mədəniyyət qrupuna rəhbərlik edib. O zaman Əlcəzairdə ilk dram teatrı hələ yenicə açılıb həmçinin Milli Musiqi Teatrı yaradılıb. Teatr kollektivi üçün ilk milli baleti – Üç inqilabı Əlcəzair Mədəniyyət Nazirliyinin sifarişi ilə Rauf Hacıyev yazıb. Balet o qədər uğurlu olub ki, bəstəkar sonradan “Alov” və “Hürriyyət” adlı 2 balet də bəstələyib. Bundan başqa, "Əlcəzair silsilə"sində skripka ilə orkestr üçün konsert, fortepiano və müxtəlif musiqi alətləri üçün pyeslər, orkestr və xor üçün 15 xalq mahnısı işləyib, "Əlcəzair süitası" yaradıb.

Rauf Hacıyev — Vikipediya

***

R.Hacıyevin kiçik qızı, 7 nömrəli musiqi məktəbinin fortepiano müəllimi Nanə xanım atası ilə bağlı xatirələrindən danışarkən qeyd edib:

"Bizim ailədə gənc yaşlarda ailə qurmaq adət halını alıb. Atam 20 yaşında olanda ilk övladı, qardaşım Fuad dünyaya gəlmişdi. Fuad indi Türkiyədə yaşayır. Xanımı Zəminə ilə birgə teatr sahəsində çalışırlar. Operettaların librettolarını yazırlar, dram tamaşalarına rejissorluq edirlər. Türkiyəyə köçməmişdən əvvəl Sankt-Peterburqun teatrlarında çalışırdılar. Atamın bütün operettaları əvvəlcə Moskvada tamaşaya qoyulurdu, sonra bizim "Muskomediya"da. Fuadla Zəminənin müəlliflərindən olduqları tamaşalar da təxminən belə taleni yaşayır. Onlar Rauf Hacıyevin "Ana, mən evlənirəm" operettasına Peterburq teatrında, "Kavkazskaya plemyannitsa" tamaşasına Moskva Operetta Teatrında, "Qağayı" pyesinə, "Arşın mal alan" operettasına Türkiyə teatrında quruluş veriblər. Fuadla Zəminə tamaşaçıların dönə-dönə maraqla seyr etdikləri "Ordan-burdan" telemüzkl tamaşasının libretto müəllifləridir. Qızları Nərminə də babası kimi bəstəkardır. Bacım Natəvan teatrşünasdır. Bizim İncəsənət İnstitutundan sonra Moskvada Teatr Sənəti İnstitutunu da bitirib. Yoldaşı Cahangir Ələkbərov Finlandiya konservatoriyasının professorudur. Qızları Günayın müğənniliyə həvəsi var. Vaxtaşırı Bakıya gəlirlər. Yadıma gəlmir ki, bizim ailədə yersiz mübahisələr, dilxorçuluqlar olsun. Atam olduqca həyatsevər, anam olduqca təmkinli insanlar idi. 54 il mehriban ailə həyatı yaşayıblar. Onların tanış olmağı Romeo ilə Cülyettanın əhvalatına bənzəyir. Bünyad Sərdarov küçəsindəki yaşadıqları vaxt eyvanları üzbəüz imiş. Gözəl ev xanımı olan anamın çox yaxşı da səsi var idi. Atamın bəstələrinin qaralama not vərəqələrinin üzünü köçürürdü. Atam elə olurdu ki, nəzm parçası seçib ona musiqi bəstələyirdi, elə də olurdu ki, bəstələdiyi musiqi üçün uyğun nəzm əsəri tapırdı".

Rauf Hacıyev haqda bunları bilirdiniz?


***

Rauf Hacıyevin oğlu Fuad Hacıyev Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, məşhur rejissordur. 1993-cü ildə Türkiyənin Selçuk Universitetinin rektoru Xəlil Cinin dəvəti ilə həyat yoldaşı Zaminə Hacıyeva ilə birlikdə Türkiyəyə gedib. Orada teatr bölümünün əsasını qoyub. Konya Səlcuk Universitetinin Dilek Sabançı Dövlət Konservatoriyasında 25 ildən artıq müəllimlik edib. Bununla yanaşı Ankara Dövlət Teatrı, Antalya və Mersin Dövlət Opera və Balet Teatrında müxtəlif əsərləri səhnələşdirib. Ustad rejissor Türkiyədə yaşadığı illər ərzində 100-dən çox səhnə əsərinə quruluş verib. Hazırda Türkiyədə fəaliyyət göstərən teatrların böyük əksəriyyətində Fuad və Zəminə Hacıyevaların tələbələri rejissorluq edir. Rauf Hacıyev vəfat etdikdən sonra oğlu Fuad Hacıyev atasının adını özünə təxəllüs götürüb.

***

Fuad Hacıyev müsahibələrinin birində atası haqqında danışarkən bunları deyib:

“Atam çox düzgün bir insan idi. Hətta o, öz uşaqlarına da güzəştə getməzdi”.

***

Musiqinin, demək olar ki, bütün janrlarına müraciət edən bəstəkar ömrünün 73-cü ilində - 1995-ci il sentyabrın 19-da vəfat edib.

# 2683 dəfə oxunub

Oxşar xəbərlər

Komaya düşdü, özünə baş daşı düzəltdi – Hüseyn Dərya ilə niyə əlbəyaxa oldu?

Komaya düşdü, özünə baş daşı düzəltdi – Hüseyn Dərya ilə niyə əlbəyaxa oldu?

21:00 25 sentyabr 2023
"Cem Karacanın Gözyaşları" filminin çəkilişləri başladı

"Cem Karacanın Gözyaşları" filminin çəkilişləri başladı

18:40 25 sentyabr 2023
Hər bəladən əsirgə yurdumuzu - Günün şeiri

Hər bəladən əsirgə yurdumuzu - Günün şeiri

18:04 25 sentyabr 2023
Ərdoğan Hüseyn Cavidin şeirini səsləndirdi

Ərdoğan Hüseyn Cavidin şeirini səsləndirdi

17:55 25 sentyabr 2023
Məşhur aktyor qarət edildi

Məşhur aktyor qarət edildi

17:30 25 sentyabr 2023
"Onu İrandan niyə qovmaq istəyirdilər?" - Mirzə Əli Möcüz haqqında

"Onu İrandan niyə qovmaq istəyirdilər?" - Mirzə Əli Möcüz haqqında

17:00 25 sentyabr 2023
# # #