2000 illik qladiator məzarı tapılıb

2000 illik qladiator məzarı tapılıb
8 aprel 2025
# 11:00

Qədim Romada 2000 il əvvələ aid qladiator məzarı tapılıb.

Kulis.az xəbər verir ki, tapıntının antik Liternum şəhərində aşkarlandığı və "qiymətli sənəd" olaraq xarakterizə edildiyi açıqlanıb.

Qladiatorun kimliyi, yaşı və ölüm səbəbi hələ dəqiq müəyyən edilməyib.

Qazıntılar dr. Simona Formolanın rəhbərliyi altında həyata keçirilib. Burada əsasən, böyüklərdən ibarət 20-30 qəbir aşkar edilib.

Qədim Romada qladiator qanının həm ritual məqsədlər üçün, həm də xəstəliklərin müalicəsi üçün istifadə edildiyinə inanılırdı.

Romada ilk qladiator döyüşləri eramızdan əvvəl III əsrdə qeydə alınıb. Bu döyüşlər ölümcül olasa da, adətən bir tərəfin ağır yaralanması və təslim olması ilə nəticələnirdi.

Qeyd edək ki, Liternum eramızdan əvvəl I əsrin sonlarından eramızın III əsrinə qədər mövcud olmuş yaşayış məntəqəsidir.

# 2580 dəfə oxunub

Oxşar xəbərlər

Atatürkün dəfnində Azərbaycan Xalq Cümhuriyyətinin iki naziri vardı – Onlar kim idi?

Atatürkün dəfnində Azərbaycan Xalq Cümhuriyyətinin iki naziri vardı – Onlar kim idi?

10:00 22 noyabr 2026
Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

15:26 21 noyabr 2026
Azərbaycan dünyanın ən böyük nağıl festivalında

Azərbaycan dünyanın ən böyük nağıl festivalında

15:10 21 noyabr 2026
"Ulduz"un  Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

"Ulduz"un Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

12:41 21 noyabr 2026
"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

12:30 21 noyabr 2026
Emir Kusturitsa: "Putinlə söhbət  mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

Emir Kusturitsa: "Putinlə söhbət mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

11:57 21 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər