20 Yanvar hadisələri ilə əlaqədar virtual kitab sərgisi

20 Yanvar hadisələri ilə əlaqədar virtual kitab sərgisi
17 yanvar 2025
# 17:45

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 20 Yanvar hadisələrinin 35-ci ildönümü ilə əlaqədar olaraq “20 Yanvar - Milli qürur və qəhrəmanlıq tariximiz!” adlı biblioqrafik icmal və virtual kitab sərgisi hazırlanıb.

Kulis.az xəbər ki, virtual kitab sərgisində 20 Yanvar hadisələrinin tarixi, görkəmli şəxslərin 20 Yanvar hadisələri haqda söylədikləri dəyərli fikirlər, beynəlxalq aləmdə və xarici mətbuat səhifələrində bu hadisələrə dair verilən məqalələr, sitatlar, faktlar, fotogörüntülər təqdim edilir.

Materiallarda 20 Yanvar hadisələri zamanı azadlıq uğrunda canlarını fəda etmiş qəhrəman oğulların davamçılarının bugün əzəli Azərbaycan torpaqları olan Qarabağda Zəfər tarixini yazması və xalqımıza şanlı Qələbə sevinci yaşatması da qeyd olunur.

Sərgidə Azərbaycan, türk, ingilis və rus dillərində çap edilən 30-dan çox kitabın biblioqrafik təsviri və qısa annotasiyası, son illərin dövrü mətbuat nümunələri yer alır.

20 Yanvar hadisələrinin 35-ci ildönümü ilə əlaqədar olaraq hazırlanan virtual sərgi kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/20-yanvar-35 yerləşdirilib.

# 2959 dəfə oxunub

Oxşar xəbərlər

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

18:40 11 noyabr 2026
Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

18:38 11 noyabr 2026
“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

18:11 11 noyabr 2026
“My Chemical Romance”dan tarixi rekord

“My Chemical Romance”dan tarixi rekord

18:06 11 noyabr 2026
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

17:07 11 noyabr 2026
27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

17:04 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər