18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

18 aprel  Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
18 aprel 2024
# 11:14

18 aprel dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü (International Day of Monuments and Sites) kimi qeyd edilir.

Kulis.az-ın məlumatına görə, Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunan bu günün məqsədi insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

ICOMOS-un 2023-cü ildə Sidneydə (Avstraliya) keçirilən Baş Assambleyasında 2024–2027-ci illər üçün Üçillik Elmi Planın mövzusu kimi “Fəlakət və münaqişələrə qarşı davamlı irs – hazırlıq, cavab və bərpa” mövzusu seçilib. Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün 2024-cü il devizi də “Fəlakətlər və münaqişələr Venesiya Xartiyasının prizmasında” elan olunub. “ICOMOS öz üzvləri və daha geniş irs icması üçün “fəlakət və münaqişələrə qarşı davamlı irs” potensialının yaradılması məqsədilə yol xəritəsi hazırlayarkən və Venesiya Xartiyasının 60-cı ildönümünü (31 may 2024-cü il) qeyd etməyə hazırlaşarkən biz ortaq mirasımıza nəzər salırıq”, – deyə təşkilatın məlumatında vurğulanır.

Əlamətdar gün ənənəvi olaraq ölkəmizdə də mədəni irsi yaşadan məkanlarda, mədəniyyət qoruqlarında çeşidli tədbirlər, sərgilər, ekskursiyalarla qeyd olunur.

Xatırladaq ki, Azərbaycanın üç tarix-mədəniyyət və abidələr məkanı – Qobustan qayaüstü rəsmləri (Qobustan Milli Tarix-Bədii Qoruğu), İçərişəhər Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə (“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu) və Şəki şəhərinin tarixi hissəsi Şəki xan sarayı ilə birlikdə (Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğu) artıq neçə illərdir UNESCO-nun Dünya İrs Siyahısındadır. 2023-cü ildə “Xınalıq və Köç yolu mədəni landşaftı” nominasiyası da Dünya İrs Siyahısına daxil edilib.

Qobustan qoruğu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərir. Ümumilikdə isə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində 14 tarix-mədəniyyət qoruğu var.

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ərəfəsində Mədəniyyət Nazirliyi və AzTV tərəfindən “Səslənən irsimiz” adlı yeni layihəyə başlanılıb. Layihənin məqsədi Azərbaycanın çoxəsrlik tarixinin, xalqımızın mədəni sərvətlərinin mühüm hissəsini təşkil edən musiqi və memarlıq irsimizin tanıdılmasıdır.

# 2273 dəfə oxunub

Oxşar xəbərlər

Külləri dənizə səpilən Nobel mükafatçısı - Çinin ən çox qorxduğu yazıçı kim idi?

Külləri dənizə səpilən Nobel mükafatçısı - Çinin ən çox qorxduğu yazıçı kim idi?

17:50 13 iyul 2026
Sezen Aksu olmasaydı... - "Türk pop musiqisinin anası" haqqında

Sezen Aksu olmasaydı... - "Türk pop musiqisinin anası" haqqında

17:30 13 iyul 2026
Luvr muzeyində əsrin soyğunu - 88 milyonluq qəniməti aparanlar danışdı

Luvr muzeyində əsrin soyğunu - 88 milyonluq qəniməti aparanlar danışdı

17:10 13 iyul 2026
IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Xocalı Soyqırımı Memorialını ziyarət etdi

IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Xocalı Soyqırımı Memorialını ziyarət etdi

16:48 13 iyul 2026
Məşhur aktrisa dünyasını dəyişdi

Məşhur aktrisa dünyasını dəyişdi

15:35 13 iyul 2026
Müharibədə hamilə qalan qadın, tarixi saxtalaşdıran "böyük qardaş" - SSRİ-də senzuraya məruz qalan kitab və filmlər

Müharibədə hamilə qalan qadın, tarixi saxtalaşdıran "böyük qardaş" - SSRİ-də senzuraya məruz qalan kitab və filmlər

15:06 13 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər