14 Fevral nə günüdür? - Sevgililər günü, yoxsa...

14 Fevral nə günüdür? - Sevgililər günü, yoxsa...
14 fevral 2025
# 11:17

Fevralın ilk ongünlüyündən başlayaraq hədiyyə mağazalarında nəzərə çarpan canlanma 14 fevraladək davam edir. Daha çox gənclərin qeyd etdiyi 14 fevral tarixi yaşlı nəsili o qədər də maraqlandırmır.

“Valentin günü” dünyanın bir sıra ölkələrində 14 fevralda qeyd edilir. Dünya ölkələrində, bu günün həvəskarlarının bir-biri üçün hədiyyələr aldığı və kütləvi qeyd etdiyi faktları danılmazdır. "Valentin günü"nün atributları da var, bunlar ürək şəkilləri və göyərçin fiqurudur. Bəs indi bir çox müsəlman ölkələrində, türk dünyasında belə qeyd edilən bu xristian gününün əhəmiyyəti nədir? Biz ilin ən sevgili günü haqqında həqiqəti bilirikmi?

Kulis.az bu günün həqiqi tarixçəsini təqdim edir.

Qədim Romada 14 fevral tarixi bütün Roma xalqı üçün isə xüsusi əhəmiyyət kəsb edirdi. Həmin gün inanclarına görə, Roma “Tanrı” və “Tanriçaları”nın kraliçası olan Junoya duyulan hörmətdən dolayı bayram elan olunurdu. Səhərisi gün isə “Lupercalia” bayramı başlayırdı. Bu bayram xalqın gənc kütləsi üçün böyük “əhəmiyyət” daşıyırdı.

Bu “əhəmiyyət”in səbəbi isə həyatları qəti qayda-qanunlarla müəyyənləşdirilmiş və bunun da təbii nəticəsi olaraq gəzib-əylənmə şansı çox məhdud olan gənclərin bu bayramda bir-birləri ilə iyrənc şəkildə əylənmələri idi. Bu “bayram”da hansı gəncin hansı qızı seçməsi də öz istəklərinə bağlı deyildi.

Romalı gənc qızlar adlarını kiçik kağız parçalarına yazaraq, bir çəlləyə atır, həmin kağızlardan birini seçən romalı gənc də seçdiyi kağızda adı yazılan qızla həmin gecə bir yataqda olaraq istənilən cinsi arzusunu həyata keçirməkdə sərbəst buraxılırdı və onlar bayram boyunca ayrılmırdılar.

Bəs Müqəddəs Valentin kimdir?

Müqəddəs Valentin eramızın III əsrində Roma imperatoru II Klavdinin hakimiyyəti dövründə yaşamış bir keşiş və ya yepiskop olub. O, xristian nikahlarını gizli şəkildə icra etdiyi üçün imperatorun qəzəbinə gəlib və həbs edilib. İddiaya görə, imperator gənc kişilərin evlənməsini qadağan etmişdi, çünki subay əsgərlərin daha yaxşı döyüşdüyünü düşünürdü. Lakin Valentin sevgi və evliliyi dəstəklədiyi üçün bu qadağaya qarşı çıxıb.

Müqəddəs Valentin həbs olunduqdan sonra zindanda olarkən gözətçinin qızına aşiq olduğu və ona “Sənin Valentinin” yazılı bir məktub göndərdiyi barədə bir əfsanə var. Bu hadisə Müqəddəs Valentin Günündə (14 fevral) sevgililərin bir-birinə məktub yazması ənənəsinin başlanğıcı hesab edilir.

Bu günün “Valentin günü”adı altında açıq-aşkar qeyd edilməsi onun ölümündən təxminən 226 il sonraya təsadüf edir. Yəni, Papa Gelasius tərəfindən 496-cı ildə “Lupercalia” bayramının adı Valentinin şərəfinə dəyişdirilir. Addəyişmənin səbəbinə gəlincə isə, xristian ruhanilər Romadakı bütpərəstlərin “Lupercalia” bayramına xristian gənclərin də qatıldığından və bütpərəst qızlarla əylənmələrindən narahat olduqlarından buna bir çarə axtarırdılar.

Elə bu zaman vaxtilə xristian qəbristanlığında dəfn olunan Valentin yada düşdü və ruhani xristianlar bununla vəziyyətdən çıxış yolu tapdılar. Onlar bu bayramın sadəcə və sadəcə adını dəyişərək gənclərin xristianlığa bağlı adı olan bir şənlikdə– “Müqəddəs Valentin günü”ndə əylənmələrini təmin etdilər. Bununla da həmin bu “Valentin günü” meydana çıxdı.

Müxtəlif ölkələrdə Sevgililər Günü

Qərb ölkələrində sevgililər bir-birinə açıqcalar, çiçəklər, şokolad və digər hədiyyələr təqdim edir.

Yaponiyada qadınlar kişilərə şokolad hədiyyə edir, kişilər isə bir ay sonra - 14 martda (Ağ Gün) cavab hədiyyəsi verirlər.

Braziliyada Sevgililər Günü 12 iyunda qeyd olunur.

Bəzi müsəlman ölkələri isə Sevgililər Gününü qeyd etmir. Özbəkistan, Türkmənistan, Malayziya, İndoneziya, İran, Səudiyyə Ərəbistanı və Pakistan Sevgililər Gününü qeyd etməyən ölkələrdir.

Gəlin bunu anlayaq ki, ümumiyyətlə, sevginin günü olmur. Bir-birini dərin hislərlə sevən insana hər gün Sevgililər Günüdür. Şərt deyil ki, bu günü bahalı və lüks hədiyyələrlə başa vurasan. Kiçik, anlamlı hədiyyələr yaxud xoş sözlər belə könül qazanmağa kifayət edir. (Lent.az)

# 1545 dəfə oxunub

Oxşar xəbərlər

Vüqar Babanlı: "Atam şərəfli bir ömür sürüb..."

Vüqar Babanlı: "Atam şərəfli bir ömür sürüb..."

13:48 17 avqust 2025
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu  - Yenilənib

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu - Yenilənib

13:05 17 avqust 2025
İsfəndiyar Vahabzadə:  "Atam deyirdi ki, bəzən ürəyim dolur, heç kəsə deyə bilmədiyim sözlər olur..." - Müsahibə

İsfəndiyar Vahabzadə: "Atam deyirdi ki, bəzən ürəyim dolur, heç kəsə deyə bilmədiyim sözlər olur..." - Müsahibə

13:00 17 avqust 2025
Dünyanın ən möhtəşəm  tarixi otelləri

Dünyanın ən möhtəşəm tarixi otelləri

10:00 17 avqust 2025
Müğənni Rəqsanə həbs edildi - Səbəb

Müğənni Rəqsanə həbs edildi - Səbəb

18:55 16 avqust 2025
Vidadi Babanlı vəfat etdi

Vidadi Babanlı vəfat etdi

17:00 16 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər