100 ildir axtarılan rəsmlər tapıldı - Hərraca çıxarılarkən aşkar edildilər

100 ildir axtarılan rəsmlər tapıldı - Hərraca çıxarılarkən aşkar edildilər
26 may 2026
# 18:30

İspaniya polisi 1930-cu ildən bəri itkin düşən XVII əsrə aid iki rəsm əsərini tapıb.

Kulis.az xəbər verir ki, bu barədə İspaniyanın "abc.es" nəşri məlumat yayıb.

Məlumata görə, tarixi sənət əsərləri Sevilya arxiyepiskopluğuna məxsus olub. Tablolar onilliklər sonra ilk dəfə hərraca çıxarılmağa cəhd edilərkən polis tərəfindən aşkar edilib. Tədqiqatlar nəticəsində onların xüsusiyyətlərinin 1930-cu ildə itirilmiş XVII əsr Sevilya rəssamı Lukas Valdesin əsərləri ilə tam üst-üstə düşdüyü məlum olub.

qırmızı parça masa üzərində oval formalı iki rəsm

Tapılan sənət əsərləri oval formalı şam ağacı lövhəsi üzərində yağlı boya ilə çəkilmiş və İncil səhnələrini təsvir edən iki tablodan ibarətdir. Vaxtilə bu rəsmlər "Hospital de los Venerables" kilsəsinin əsas qurbangahının dekorasiyasının tərkib hissəsi olub. Lakin keçirilən sərgilərin birindən sonra əsərlər geri qaytarılmayıb və onların izi onilliklər boyu tamamilə itib.

Hazırda mütəxəssislər tərəfindən rəsmlərin orijinallığı təsdiqlənib. Əsərlər saxlanılmaq üçün yenidən Sevilya arxiyepiskopluğuna təhvil verilib.

bəzəkli bir kilsə yuxarı baxır

# 720 dəfə oxunub

Oxşar xəbərlər

Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
II Türkiyə Kino Festivalı keçiriləcək

II Türkiyə Kino Festivalı keçiriləcək

16:30 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər