10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı oldu

10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı oldu
2 oktyabr 2024
# 10:34

10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı olub.

Kulis.az xəbər verir ki, açılışda mədəniyyət naziri Adil Kərimli, AMEA Prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Milli Məclisin vitse-spikeri akademik Rafael Hüseynov, Xalq yazıçısı Elçin və deputatlar, ictimai-mədəni xadimlər, media mənsubları iştirak ediblər.

Xalq yazıçısı Anar açılış mərasimində çıxış edərək sərginin işinə uğurlar arzulayıb.

Qeyd edək ki, oktyabrın 8-ə qədər davam edəcək sərgidə 4 qitəni təmsil edən 18 ölkədən (Türkiyə, İtaliya, Çin, Rusiya, Koreya, Macarıstan, Qazaxıstan, Qətər, Özbəkistan, Oman, Argentina, Mərakeş, Venesuela, Gürcüstan, Meksika, Kolumbiya, Çili, Monqolustan) 56 xarici təşkilat, 110 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edir.

Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan sərgidə iştirak edən xarici nəşriyyat və təşkilatlar arasında “The Replika Publishing and Printing”, “Çikolata Yayınları”, “Kayıhan Yayıncılık”, “Phoenix Publishing & Media Group”, “East China Normal University Press Itd.”, “Phoenix Fine Arts Publishing Ltd.”, “Veritas and Mercurius Publishing Itd.”, “UMBUM” və digərlərinin adları var.

Sərginin fəxri yazarları Salam Sarvan və Rövşən Abdullaoğlu, fəxri qonaqları isə Con Boyn və Vulf Dorndur.

Eyni zamanda, sərgidə azərbaycanlı yazıçı və şairlər, o cümlədən gənc yazarlar və tanınmış xarici yazıçılar iştirak edirlər.

Tədbir çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərslər, aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları təşkil ediləcək.

# 2151 dəfə oxunub

Oxşar xəbərlər

Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
II Türkiyə Kino Festivalı keçiriləcək

II Türkiyə Kino Festivalı keçiriləcək

16:30 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər