“Bir əsrlik Nəsimi araşdırmaları” kitabı təqdim olunub

“Bir əsrlik Nəsimi araşdırmaları” kitabı təqdim olunub
10 dekabr 2019
# 18:45

Dekabrın 10-da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində (DTMQİ) İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan “Bir əsrlik Nəsimi araşdırmaları” adlı kitabın təqdimatı və eyni adlı elmi-praktik konfrans keçirilib.

APA-nın məlumatına görə, təqdimatda “İçərişəhər” DTMQİ İdarə Heyətinin üzvü Cavid Kazımov, akademiklər Rafael Hüseynov, Nizami Cəfərov, nəsimişünas alimlər və başqa qonaqlar iştirak ediblər.

"İçərişəhər" DTMQİ-nin Elm şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru İradə Musayeva kitab haqqında məlumat verərək bildirib ki, “Bir əsrlik Nəsimi araşdırmaları” kitabı bir il ərzində ərsəyə gətirilib: "Kitab iki hissədən ibarətdir. Birinci hissədə müasir, ikinci hissədə isə klassik nəsimişünasların məqalələri yer alıb. Kitabın elmi redaktoru isə akademik Rafael Hüseynovdur".

"İçərişəhər" DTMQİ-nin İdarə Heyətinin üzvü Cavid Kazımov il ərzində Nəsimiyə həsr olunmuş bir sıra tədbirlərin təşkil olunduğunu diqqətə çatdırıb: "İçərişəhər Qoruğu da ölkəmizin mədəni irsinin qorunub daim gündəmə gətirilməsi ilə məşğuldur. Bu baxımdan Nəsimi ilində onun haqqında kitab hazırlamağı və belə bir tədbir keçirməyi özümüzə borc bildik".

Akademik Rafael Hüseynov 2019-cu ilin Azərbaycanda "Nəsimi ili" elan edildiyini xatırladıb: "2018-ci il isə Azərbaycanda "İstiqlal ili" idi, Cümhuriyyətimizin 100 yaşı tamam oldu. Bizim bir xalq olaraq varlığımız boyunca qazandığımız ən ali dəyər, əlbəttə ki, müstəqilliyimiz, istiqlalımızdır. Ona görə də bir il ərzində biz o müstəqilliyin, istiqlalın düşüncələrinə daldıq. 2019-cu ilin "Nəsimi ili" elan edilməsinə baxmayaraq, elə "İstiqlal ili" deməkdir. Çünki Nəsimi düşüncəsi, fəlsəfəsi etibarlə insan ruhunun azadlığının, insanın içərisinin müstəqilliyinin, istiqlalının carçısıdır. Bu baxımdan "Nəsimi ili" elə "İstiqlal ili"nin davamı deməkdir. Bu ilin sonunda cənab Prezident İlham Əliyevin və Mehriban Əliyevanın təşəbbüsü ilə Nəsiminin 650 illiyi bağlı 650 min ağac əkildi".

Onun sözlərinə görə, Nəsimi haqqında ilk dəfə 1926-cı ildə Salman Mümtaz məqalə yazıb:

"Həmin dövrdən sonra Nəsimi haqqında çoxlu kitablar çıxıb. Bu gün təqdim olunan bu kitab da onların sıralarına qoşulur".

Sonra akademik Nizami Cəfərov, professor Qəzənfər Paşayev və başqaları çıxış ediblər.

Sonda Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyası şagirdlərinin ifasında “Nəsimi” adlı kompozisiya səsləndirilib.

# 3645 dəfə oxunub

Oxşar xəbərlər

Nadir Yalçının “Lal ev”  hekayələr kitabının təqdimatı oldu

Nadir Yalçının “Lal ev” hekayələr kitabının təqdimatı oldu

19:35 20 dekabr 2025
Qardaşının ölümünü gizlədilər, həkimlər ona övlad qadağası qoydu - Anarın həyatdakı "Təhminə"si

Qardaşının ölümünü gizlədilər, həkimlər ona övlad qadağası qoydu - Anarın həyatdakı "Təhminə"si

14:14 20 dekabr 2025
"Erməninin, rusun yiyələri olacaqdı, biz həmşərilərin yox?!" - Pişəvərinin xeyir-dua verdiyi şair haqqında

"Erməninin, rusun yiyələri olacaqdı, biz həmşərilərin yox?!" - Pişəvərinin xeyir-dua verdiyi şair haqqında

12:00 20 dekabr 2025
Meyxanaçı Kərim dəfn edildi

Meyxanaçı Kərim dəfn edildi

11:49 20 dekabr 2025
Anadan gizli evlilik, övlad itkisi və yarımçıq qalan sevda – Nizami Rəmzi kimdir?

Anadan gizli evlilik, övlad itkisi və yarımçıq qalan sevda – Nizami Rəmzi kimdir?

11:06 20 dekabr 2025
Yutubun fəaliyyətində problemlər yaranıb

Yutubun fəaliyyətində problemlər yaranıb

10:02 20 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər