Azərbaycan Dövlət Kukla Teatrı “Aktau – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi çərçivəsində “NOMAD PUPPET” I Beynəlxalq Kukla Teatrları Festivalında ölkəmizi layiqincə təmsil edib.
Kulis.az xəbər verir ki, bu barədə Dövlət Kukla Teatrı məlumat yayıb.
Bildirilib ki, TÜRKSOY və Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin təşkilati dəstəyi ilə türkdilli ölkələri bir araya gətirən ilk sənət bayramı öz işini uğurla başa vurub və təmsilçilərimiz festivalın "Milli ənənələrin qorunmasına görə" nominasiyasında qalib olublar.
Bundan başqa, teatr festivalda yüksək səviyyədə iştiraka görə TÜRKSOY-un Baş katibi Sultan Raev adından təşəkkürnamə də təqdim edilib.
Qeyd edək ki, bütün qalib kollektivlər festivalın diplomları və pul mükafatları ilə təltif olunublar.