Həmişəlik - necə də uzun bir sözdür! - Georq Büxnerin sitatları

Həmişəlik - necə də uzun bir sözdür! - Georq Büxnerin sitatları
17 oktyabr 2026
# 10:00

Bu gün alman yazıçı Georq Büxnerin doğum günüdür.

Kulis.az onun əsərlərindən sitatlar təqdim edir.


Qətlin başladığı yerdə zəruri müdafiə bitir.

***
Varlıların həyatı bitib-tükənməyən bir bazar günüdür.

***

Hər bir fərdin təkrarolunmaz mahiyyətinə vara bilmək üçün insanlığı sevmək gərəkdir: heç kəs bu məhəbbət üçün həddindən artıq alçaq və ya həddindən artıq çirkin ola bilməz.

***
Aristokratın nəfəsi azadlığın canvermə xırıltısıdır.

***
Biz həmişə səhnədəyik, hətta sonda həqiqətən xəncərləndiyimiz anlarda belə...

***
Xalqın gücü ilə zəkanın gücü birdir.

***
İnsan bir uçurumdur, içinə baxdıqca başım gicəllənir.

***
Dövlət xalqın bədənini sıx saran şəffaf bir geyim olmalıdır.

***
Bəşəriyyətin addımları ləngdir, onları yalnız əsrlərlə ölçmək olar.

***
Yorğun gözlər üçün hər işıq həddindən artıq parlaq, yorğun dodaqlar üçün hər nəfəs həddindən artıq ağır, yorğun qulaqlar üçün hər kəlmə həddindən artıq artıqdır.

***
İnqilab Saturn kimidir, öz övladlarını udur.

***
Ölüm ən müqəddəs yuxudur.

***
Yalnız bir şey əbədidir: formadan formaya keçən, daim dəyişən və hər dəfə yenidən təcəlli edən sonsuz gözəllik.

***
Qadınlar hətta bir yalana belə insanı aşiq edə bilər.

***
Həmişəlik - necə də uzun bir sözdür!

***
Cəsarətlə ölməyi bacararam - bu, yaşamaqdan daha asandır.


Rus dilindən tərcümə etdi: Aydan Ağayeva

# 107 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər