"Ulduz" jurnalının şöbə redaktoru, yazıçı-publisist Hicran Hüseynova ağır xəstəlikdən sonra vəfat edib.
Kulis.az xəbər verir ki, bu barədə jurnalın feysbuk hesabında məlumat paylaşılıb: "Ulduzlar sönür, ya yox - bilmirəm. Sən bizim sönməyən "Ulduz"umuzsan! İşığını innən belə də əsirgəmə..." - baş redaktor Qulu Ağsəs mərhum iş yoldaşını haqqında bunları yazıb.
Qeyd edək ki, Hicran Hüseynova uzun müddət idi ki, xərçəng xəstəliyindən müalicə alırdı.