Türkiyənin məşhur musiqi qrupu qlobal dinlənmə siyahılarında

Türkiyənin məşhur  musiqi qrupu qlobal dinlənmə siyahılarında
13 oktyabr 2026
# 18:00

"Big5 Türkiye" yarışmasından sonra musiqi fəaliyyətinə başlayan və qadın müğənnilərdən təşkil olunmuş "Manifest" qrupunun oktyabrın 9-da təqdim etdiyi ilk ingilisdilli "Tralala" mahnısı qlobal dinləmə siyahılarında yüksəlir.

Kulis.az xəbər verir ki, klipi Londonda çəkilən mahnı "Maşallah" kəlməsi, türk qəhvəsi və göz muncuğu kimi elementləri ilə diqqət çəkir.

"YouTube"da 4 günə 18 milyon baxış toplayan komanda Teylor Sviftin göstəricilərinə çatıb.

Qeyd edək ki, qrupun oktyabrın 16-da Böyük Britaniyadakı ilk konserti Londonun 12 min 500 nəfərlik "Wembley Arena"sında keçiriləcək.

# 221 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər