Tanınmış portuqaliyalı yazıçı vəfat etdi

Tanınmış portuqaliyalı yazıçı  vəfat etdi
17 oktyabr 2026
# 12:00

Portuqaliya mətbuatının tanınmış nümayəndələrindən olan jurnalist və yazıçı Joakim Letria 82 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, fəaliyyətinə 1963-cü ildə başlayan Letria "O Jornal" və "Tal & Qual" kimi nəşrlərin əsasını qoymuş, həmçinin BBC, AP və DPA kimi beynəlxalq media qurumlarında çalışmışdır.

O, jurnalistika sahəsində qələmə aldığı kitablar və televiziya fəaliyyəti ilə yanaşı, sabiq prezident Ramalyo Eaneşin mətbuat katibi kimi də fəaliyyət göstərib.

Qeyd edək ki, ölkənin Mədəniyyət, Gənclər və İdman Nazirliyi Letrianı ölkənin "25 Aprel inqilabından sonrakı ən təsirli jurnalistika simalarından biri" kimi xarakterizə edib.

# 81 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər