Şuşa Dövlət Musiqili Dram Teatrında "İki əsgər" tamaşası

Şuşa Dövlət Musiqili Dram Teatrında "İki əsgər" tamaşası
28 sentyabr 2026
# 14:00

Şuşa Dövlət Musiqili Dram Teatrında Anım Günü ilə əlaqədar Xaqani Əliyevin eyniadlı əsəri əsasında hazırlanmış "İki əsgər” tamaşası nümayiş olunub.‎

‎Kulis.az xəbər verir ki, tamaşadan əvvəl şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.‎

‎Tədbirdə çıxış edən teatrın direktoru vəzifəsini icra edən, Əməkdar artist Azad Məmmədov Anım Gününün qeyd edilməsinin gənclərin vətənpərvər ruhda tərbiyə edilməsindəki əhəmiyyətindən danışıb, torpaqlarımızın azadlığı uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin xatirəsinin həmişə xalqımız üçün əziz olacağını qeyd edib.

‎ "İki əsgər”də əsgər Vüqar Ağayevin timsalında düşmənə nifrət edən, bununla yanaşı mərhəməti, cəsarəti, mərdliyi, qorxmazlığı ilə düşmən əsgərindən qat-qat üstün olan Azərbaycan əsgərinin ümumiləşmiş obrazı yaradılıb.‎

‎Tamaşanın bədii rəhbəri Əməkdar artist Yadigar Muradov, rejissoru Lalə Şirinova, rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Asyaxanım Heydərovadır. Səhnə əsərində obrazları teatrın aktyorları Emin Sevdiməliyev, Zəhra Salayeva, Dürdanə Dünyamalıyeva, Cavid Cavadzadə və Əhliman Ərşadlı ifa ediblər.

# 76 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər