"Teleqram" messenceri Rusiyada apreldən etibarən bloklanacaq.
Kulis.az xəbər verir ki, bloklanmanın səbəbi kimi vətəndaşların, o cümlədən yetkinlik yaşına çatmayanların qanunsuz fəaliyyətlərə cəlb olunması hallarının artması göstərilir.
Tətbiqin həm mobil şəbəkələr, həm də stasionar internet üzərindən yüklənməsinin mümkünsüz olacağı bildirilir.