Ukraynalı rəssamlar niyə "Rusiya rəssamı" kimi təqdim olunur?

Ukraynalı rəssamlar niyə "Rusiya rəssamı"  kimi təqdim olunur?
8 sentyabr 2025
# 12:50

Qərb muzeylərində ukraynalı sənətçilərin “mədəni silinmə"sinə qarşı mübarizə davam edir.

Kulis.az xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ukraynalı sənətçilərin əsərləri Qərb muzeylərində tez-tez “rus əsərləri” kimi yanlış etiketlərlə nümayiş etdirilir.

“Shadows Project” təşkilatı “Oğurlanmış incəsənət” kampaniyası ilə bu yanlışı düzəltmək və Rusiyanın mədəni silinmə cəhdlərinə diqqət çəkmək məqsədi daşıyır.

Nyu-Yorkdakı "MoMA", Parisdəki "Centre Pompidou" və Londondakı "Tate Modern" kimi nüfuzlu muzeylərdə hələ də Kazımır Maleviç, Aleksandra Ekster və Vladimir Tatlin kimi ukraynalı sənətkarlar “rus” kimi təqdim olunur.

Aktivistlər bu yanlış təqdimatları Rusiya imperializminin mədəni təzyiqinin davamı hesab edir.

Kampaniya iyuldan bəri 500 mindən çox insana çatıb və bəzi muzeylər etiketləri yeniləməyi qəbul edib.

Qeyd edək ki, “Mədəniyyətimizi qorumaq, kimliyimizi qorumaqdır” deyən aktivistlər Ukrayna mədəniyyətinin dünya səhnəsində doğru şəkildə tanıdılması üçün mübarizəni davam etdirir.

# 118 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər