"Nənələr" folklor qrupu üzvünün Ukraynada müharibədə öldürülən oğlu Lənkəranda dəfn edildi

"Nənələr" folklor qrupu  üzvünün Ukraynada müharibədə öldürülən oğlu Lənkəranda dəfn edildi
16 oktyabr 2026
# 12:37

Rusiya-Ukrayna müharibəsinə həkim kimi qatılan və dron hücumu nəticəsində öldürülən 58 yaşlı lənkəranlının nəşi doğulduğu kəndə gətirilib.

Kulis.az APA-nın cənub bürosuna istinadən xəbər verir ki, əslən Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyevin nəşi bu gün doğulduğu kənddə dəfn edilib.

Onunla son vida mərasimində yaxınları, kənd sakinləri ilə yanaşı Ukrayna səfirliyinin Azərbaycanda hərbi attaşesi polkovnik Taras Novrovski də iştirak edib.

Qeyd edək ki, Vahab Quliyev Kupyansk istiqamətində gedən döyüşlər zamanı PUA zərbəsi nəticəsində xidməti vəzifəsini yerinə yetirərkən həlak olub.
Vahab Quliyev, məşhur "Nənələr" qrupunun üzvü Xanımbacı Quliyevanın oğludur. O, anasının qəbrinin yanında torpağa tapşırılıb.

# 102 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər