Məşhur rəssamın boyasının sirri 77 il sonra açıldı

Məşhur rəssamın boyasının sirri 77 il sonra  açıldı
17 sentyabr 2025
# 16:20

1948-ci ildə abstrakt ekspressionist Cekson Pollok tərəfindən çəkilən "Nömrə 1A" adlı əsərin sirri 77 ildən sonra məlum olub.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmada lazer texnologiyası ilə boya molekullarının strukturu analiz olunub və mavi rəngin unikal kimyəvi "barmaq izi" aşkarlanıb.

Bu üsul, həmçinin Pollokun digər rənglərdə istifadə etdiyi piqmentlərin də tədqiqinə imkan verir.

Tədqiqat göstərib ki, Pollok "manqan mavi" adlı sintetik piqmentdən istifadə edib.

Qeyd edək ki, bu rəng əvvəllər rəssamlar tərəfindən istifadə olunsa da, 1990-cı illərdə ekoloji səbəblərdən istifadəsi dayandırılıb. Alimlər bu kəşfi həm əsərlərin bərpası, həm də saxtakarlığın aşkarlanması üçün önəmli hesab edirlər.

# 147 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər