Məşhur amerikalı rok-n-roll ulduzu Nil Sedaka 86 yaşında vəfat edib.
Kulis.az xəbər verir ki, sənətçinin ölüm xəbəri ailəsi tərəfindən təsdiqlənib.
Məlumata görə, fevralın 27-də səhhətində yaranan problemlə əlaqədar Los-Ancelesdə xəstəxanaya yerləşdirilən müğənni orada dünyasını dəyişib. Ölüm səbəbi barədə hələlik rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, onun yaradıcılığında "Oh! Carol", "Laughter in the Rain" kimi məşhur hitlər xüsusi yer tutur.