“Cahangir Novruzovun ölkəyə qayıtması məsələsini qaldırmaq istəyirəm”.
APA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Səyyad Aran deyib.
- Nəşriyyat gənc rəssam-qrafikləri mükafatlandırdı - Foto
- O, bilmir ki... – Yazar xanım Seymur Baycana cavab verdi
- Maşında sevişməyin cəzası
Deputat bildirib ki, Cahangir Novruzov Adanada teatr yaradıb, orada insanlara elm öyrədir:
“Sənət məbədimizdə bu gün dava-dalaş gedir. Sənət cameəmiz görün nə vəziyyətdədir? Ona görə də Cahangir Novruzovla maraqlanmaq, onu dəvət etmək lazımdır. İstedad 100 ildə 1 dəfə yetişir. Mən çox arzulayardım ki, gəlib, sənətimizdə boşluğu doldursun. Əlaqədar təşkilatlar Cahangir Novruzovla danışıb, onu vətənə dəvət etsin”.