İntibah dövrü rəssamı Leonardo da Vinçinin 500 il əvvəl çəkdiyi və “mükəmməl mütənasib kişi bədəni"” təsviri olduğuna inanılan "Vitruvius insanı" ən məşhur rəsmlərdən biri hesab olunur.
Kulis.az xəbər verir ki, Londonda yaşayan diş həkimi Dr. Rori Mak Suininin iddiasına görə, rəsmdə fiqurun ayaqları arasında yerləşdirilən bərabərtərəfli üçbucaq Da Vinçinin istifadə etdiyi simmetriyanın açarıdır.
Onun sözlərinə görə, bu təbiətdə tez-tez rast gəlinən mütənasiblik prinsipini əks etdirir.
Qeyd edək ki, tədqiqat “Journal of Mathematics and the Arts” jurnalında dərc olunub.