Venesiya Film Festivalı: "Qızıl Şir"i kim qazandı?

Venesiya Film Festivalı:  "Qızıl Şir"i kim qazandı?
8 sentyabr 2025
# 11:10

2025-ci il Venesiya Film Festivalında Cim Carmuşun “Ata, ana, bacı, qardaş” filmi baş mükafat "Qızıl Şir"i qazanıb.

Kulis.az xəbər verir ki, Kauzer Ben Haniyanın Qəzza faciəsini işıqlandıran “Hind Rəcabın səsi” filmi "Gümüş Şir"lə təltif olunub və festivalda böyük rezonans yaradıb.

Ən yaxşı aktrisa mükafatına Xin Ziley, ən yaxşı aktyor adına isə Toni Servillo layiq görülüb.

Benny Safdi “Sındıran Maşın” ilə ən yaxşı rejissor seçilib.

Qeyd edək ki, ən yaxşı ssenari mükafatı fransız filmi “İşdə”-yə, xüsusi münsiflər heyəti mükafatı isə Canfranko Rosiyə təqdim olunub.

# 258 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər